AŞPA Azərbaycanla bağlı korrupsiya iddiaları barədə nə edə bilər?

Avropa Şurası Fotonun müəllifi FREDERICK FLORIN/AFP/Getty Images
Image caption Avropa Şurası

Avropa Şurası Parlament Assambleyasının qış sessiyası yaxınlaşsa da, Azərbaycan nümayəndə heyətinin üzvlərinə qarşı irəli sürülən korrupsiya iddalarına dair atacaqları addımlar barədə nə AŞPA, nə də ki Azərbaycan hakimiyyəti məlumat vermirlər.

Avropa Bataqlığı - Kürü Diplomatiyası 2 adlı hesabatda iddia olunur ki, azərbaycanlı deputatlar AŞPA-da Azərbaycan nümayəndə heyətinə dəstəyi üçün keçmiş italiyalı deputat Luka Volonte-ə pul ödəyiblər.

ESİ-nin hesabatında Azərbaycana qarşı korrupsiya iddiaları

Azərbaycanın AŞPA-da nümayəndə heyətindən və Azərbaycan Xarici İşlər Nazirliyindən bu iddialara bağlı reaksiya almaq mümkün olmayıb.

Hazırda Luka Volonte-yə qarşı İtaliyanın Milan şəhərində prokurorlar tərəfindən korrupsiya və çirkli puların yuyulması iddiaları üzrə cinayət istintaq işləri üzərində irəli sürülüb.

Buna əlavə olaraq İtaliyanın ictimai televiziyasının (RAI) Report verilişində, cənab Volonte Elxan Suleymanovla məsləhəti üçün 10 milyon dollar dəyərində müqavilə bağladığını etiraf edib.

Fotonun müəllifi Getty Images
Image caption Luka Volonte

Korrupsiyaya qarşı qüvvəsiz təşkilat?

BBC Azərbaycancaya verdiyi müsahibədə, ESİ-nin rəhbəri Gerald Knaus, AŞPA-nın korrupsiya iddialarına qarşı atacağı addımlara məhdudiyyətlər olduğunu vurğulayıb.

AŞPA qaydalarına əsasən, korrupsiyada ittiham edilən deputatların fərdi şəkildə parlament müzakirə mövzularından çıxış etmə hüququnu və parlament sənədlərinə imza atma hüququnu müvəqqəti olaraq ləğv etmə səlahiyyəti yalnız AŞPA-nın prezidentinə məxsusdur.

Bu o deməkdir ki, hazırki prezident və Azərbaycan üzrə keçmiş həmməruzəçi cənab Pedro Agramunt bu qərarları verməkdə tamamilə sərbəst və müdaxiləsiz hərəkət edə bilər.

Cavabsız suallar

Onunla bu səlahiyyətindən istifadə edib etməməsi barədə suallarımıza, cənab Agramunt "heç bir suala cavab verə bilmərəm" deyib, AŞPA ilə əlaqə saxlamağı tövsiyə edib.

Lakin dekabr ayında Valencia Plaza (Valencia Meydanı) qəzetində dərc edilən məqalədə cənab Agramuntun qəzetin suallarına cavab olaraq, "bunların hamısı yalandır" dediyi iddia olunub.

Fotonun müəllifi Getty Images
Image caption Pedro Aqramunt

Cənab Knaus əlavə edib ki, "bununla bağlı hərəkət etməyə sıfır marağı olan güclü qrup var".

AŞPA prezidentinin şəxsi müdaxiləsindən ayrı cənab Knaus korrupsiya ittihamlarına qarşı yalnız başqa bir seçim görür.

Gerald Knaus: "Kürü koalisiyası bu məsələnin səssizcə itməsini ümid bəsləyir"

"Bir qrup deputat nümayəndə heyətinin qeydiyyatdan keçməsinin qarşısını ala bilər, lakin bu hər bir nümayəndə üzvünə təsir göstərəcək", deyib cənab Knaus.

Onun zənnincə AŞPA-da çox sayda deputat hesabatı maraqla oxusa da, yanvarın sonunda keçiriləcək parlament sessiyasında bununla bağlı təşəbbüs çox güman ki, baş tutmayacaq. Lakin aprel ayına gədər vəziyyətin dəyişə biləcəyinə inandığını deyib.

O deyir ki, bir neçə deputat artıq korrupsiya ittihamlarına qarşı özləri arasında təşkilatlanmağa başlayıblar.

"Kürü koalisiyası bu məsələnin səssizcə itməsini ümid bəsləyir", o vurğulayıb və əlavə edib ki, "bu iddiaların araşdırılması hər kəsin marağında olmalıdır".

"Əslində iddiaların araşdırılmaması günahsız deputatların adlarını ləkələndirə bilər. Ona görə də yalnız hazırki vəziyyətdən faydalanan şəxslər bu çağırışlara qarşı çıxa bilər".

BBC Azərbaycancancaya Azərbaycanın AŞPA nümayəndə heyətinin rəhbəri Səməd Seyidova əlaqə saxlaya bilməyib.

Nümayəndə heyətinin üzvlərinin təyin etmək səlahiyyətini daşıyan milli məclisdən isə bu iddialarla bağlı rəsmi araşdırmanın mövcüd olub olmaması barədə məlumat almaq mümkün olmayıb.

QHT-lərdən ziddiyətli məktublar

Bazar ertəsi, onlarla Azərbaycan vətəndaş cəmiyyəti təşkilatı, hüquqşünas və ictimai xadimlər bu iddiları dilə gətirərək Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun ləğv edilməsini tələb edən birgə məktubu AŞPA deputatlarına ünvanlandırıblar.

Məktubda korrupsiya iddialarının Azərbaycanda siyasi məhbuslar haqqında qətnamənin qəbuluna mane olduğunu deyilir və Azərbaycanda siyasi məhbuslar məsələsi üzrə xüsusi məruzəçi mandatının yenidən bərpa edilməsi tələb olunur.

Lakin cümə axşamı günü prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının APA xəbər agentliyinə çatdırdığı və 96 QHT rəhbərinin imzaladığı məktubda, bazar ertəsi AŞPA-ya göndərilən məktubu " Azərbaycanın Avropa təsisatları ilə əlaqələrinin pisləşməsinə yönələn təşəbbüs" adlandırlıb.

AŞPA prezidenti Pedro Agramunta ünvanlanan yeni məktubun müəllifləri AŞPA-nı Azərbaycan və Avropa arasında "əlaqələrin qırılmasında maraqlı olan...qüvvələrə qarşı" birləşməyə çağırıb və bəzi yerli QHT-ləri şərqi Avropada fəaliyyət göstərən bəzi QHT-lərlə "çirkli" kampaniyada iştirak etdiklərini iddia edib.

Məktubda Azərbaycanın nümayəndə heyəti üzvlərinə qarşı korrupsiya iddiaları geniş müzakirə edilməyib və hal-hazırda İtaliyada korrupsiya ittihamları ilə üzləşən keçmiş deputat Luca Volonte-nin adı çəkilmir.

Əvəzində məktubda "Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə qarşı başlanmış çirkli kampaniyanın" arxasında Ermənistanın olduğunu iddia edilir.

Bu barədə daha geniş