Trump and içdi, Qafqaz ləğv edildi, həbs edilən Nidaçı - həftə 5 fotoda

Keçdiyimiz həftə baş vermiş hadisələr 5 fotonun diliylə.

Fotonun müəllifi Chip Somodevilla/ Getty

1. Donald Trump ABŞ-ın 45-ci prezidenti kimi and içib.

Əlini qaldıraraq o deyib: "Mən təntənəli şəkildə and içirəm ki, Birləşmiş Ştatların Prezidenti Ofisini sədaqətlə icra edəcəyəm və Birləşmiş Ştatların Konstitusiyasını var gücümlə qoruyacaq, müdafiə edəcəyəm".

Fotonun müəllifi QU.EDU.AZ

2. Qafqaz Universiteti (QU), təsisçisi olan Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin qərarı əsasında ləğv edilib, rəsmi bəyanatda deyilir.

Təhsil Nazirliyi tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupu yaradıb.

Fotonun müəllifi ATTA KENARE/ Getty

3. İranın paytaxtı Tehranda şəhərin rəmzlərindən sayılan 17 mərtəbəli Plasco binası cöküb. Səhər saatlarında başlanan yanğın üzündən boşaldılan bina sonradan çöküb.

Hadisə nəticəsində 45 yanğın söndürən də daxil olmaqla 75 nəfərin xəsarət aldığı bildirilir.

Fotonun müəllifi N!DA

4. NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanlı 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

2016-cı il avqustun 12-si saxlanılan Elgiz Qəhrəmanlı "külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi"ndə ittiham edilib.

Fotonun müəllifi Azərtac

5. Bu il 1990-cı il 20 yanvar hadisələrindən 27 il ötür.

Yanvarın 19-dan 20-ə keçən gecə minlərlə Sovet əsgəri müstəqillik tələb edən Bakıya daxil olur.