Qiymət artımı nefti Asiya bazarlarına yönləndirir - təhlil

Fotonun müəllifi AP
Image caption Şimal dənizinin 11 milyon, Azərbaycan neftinin də 11 milyon barrel nefti ya artıq boşaldılıb, ya da Asiyaya yol üstündədir.

Avropa və Çinin neft tacirləri Şimal dənizindən və Azərbaycandan gələn nefti bu ay rekord 22 milyon barrel həcmində Asiyaya vurublar ki, OPEC-in hasilat ixtisarı təchizatda boşluq yaratmasın.

Reuters agentliyinin məlumatına görə, Şimal dənizinin 11 milyon, Azərbaycan neftinin də 11 milyon barrel nefti ya artıq boşaldılıb, ya da Asiyaya yol üstündədir.

Bu ona görə edilir ki, Yaxın Şərqdə neft qiymətlərinin qaldırılması məqsədilə hasilatın ixtisarı təchizatda boşluqlar yarada bilməsin.

Agentliyin xəbərində deyilir ki, Şimal dənizi neftini sərfəli qiymətlərə satmaq üçün xammal ticarəti firması Vitol and Mercuria, Avropanın neft nəhəngi Royal Dutch Shell və Çinin neft emalçısı Unipec Çinə və Cənubi Koreyaya 7 supertanker vurublar. Bu neft həcmləri ya yoldadır, ya da artıq mənzil başında boşaldılıb.

"Asiyanın neftə ehtiyacı var, Avropanın nefti çoxdur. OPEC-in hasilat ixtisarı qiymətləri qaldırıb və Avropa neftini Asiyada satmaq sərfəli olub" - deyib tacirlərdən biri.

Reuters yazır ki, OPEC-in hasilatı 2017-nin birinci yarısında günə 1. 2 milyon barrel ixtisar etmək qərarı Dubay markasının qiymətini Brent və West Texas ara qiyməti ilə müqayisədə yüksəldib. Odur ki, Asiya Atlantika hövzəsindən sərfəli neft gətirə bilir.

Buna görə də hasilatın ixtisarı, OPEC, habelə Rusiya və Oman kimi ixracatçıların üzərində düşünməli olacaqları vəziyyət yaradıb.

Təchizatın azaldıması qiymətləri müvəqqəti olaraq qaldırsa da, bu Qərb hasilatçılarına yaranmış boşluğu doldurmaq və nefti dünyanın ən böyük tələbə malik Asiyaya regionunda satmaq şəraiti yaradır.

Başqa sözlərlə, OPEC qiyməti qaldırdıqca Amerika neftinin hasilatı da daha sərfəli olur və bazara yeni neft axır. Beləliklə, müvəqqəti qalxan neft qiymətləri yenidən azalmağa doğru gedir.

Bu barədə daha geniş