Yataqxanada qalan keçmiş internat uşaqları

İnternat evindən sonra Bakının Qızıldaş qəsəbəsində, xarabalıqlar içindəki yataqxananın iki mərtəbəsini özünə sığınacaq edən sakinlər buradakı şəraitsizlik və işlizlikdən şikayətlənirlər. Yataqxana sakinlərinin həyatı ilə bağlı materialı BBC Azərbaycanca üçün Gülər Abbasova hazırlayıb.

Fotonun müəllifi Gülər Abbasova

"1990-cı ildən burada yaşayıram. Mətbəximiz yoxdur. Hamam isə həftədə bir dəfə işləyir, o da istifadə olunanda. Belə şəraitdə necə yaşamaq olar? "- bu sözləri Qürbət Xanlarov deyir.

Fotonun müəllifi Gülər Abbasova

"Müharibə vaxtı əsgərliyə qəbul etmədilər məni. Dedilər internat uşağısan, ehtiyac yoxdur. Bir il aşbazlıq sənətini öyrənmişəm. Qırx yaşım var. İşləmək istəyirəm, amma hərbi xidməti keçmədiyimə görə heç yerdə işə götürmürlər." - Xanlarov əlavə edir.

Fotonun müəllifi Gülər Abbasova

Bir müddət fəhləlik edib çalışsa da Xanlarov indi tamamilə işsiz qalıb. İmkansızlıqdan ailə qura bilməməyi də onun üçün problemə çevrilib.

"Yardım üçün Təhsil Nazirliyinə müraciət etmişik,fondlara yazmışıq. Heç bir cavab yoxdur. Burada bizə sığınacaq verilsə də sonrakı taleyimizlə maraqlanan olmayıb. Onsuz da valideynlərimiz tərəfindən atılmışıq, heç olmasa bu vəziyyətimizdə bizə kömək olsunlar, mənzillə, işlə təmin etsinlər. Burada yaşamaq olmur. "- Xanlarov deyir.

Fotonun müəllifi Gülər Abbasova

"Bura bataqlıq kimidir. Girdin çıxa bilmirsən. Bakıda iş tapmaq olur, burda isə hara gedəsən? Ən yaxın yer Sədərək bazarı idi, qabyuyan, aşbaz köməkçisi kimi günə on manat qazana bilirdim. O pulla da dolanmaq olmurdu deyə işdən çıxdım." -bu sözləri 39 yaşlı Ellada Cəfərova bildirir.

Fotonun müəllifi Gülər Abbasova

Cəfərova deyir, qəsəbəyə gəlib-gedən bir avtobus varsa o da uzağı axşam saat səkkizə kimi işləyir. Avtobus tapmadıqda məcbursan taksi ilə gələsən. Qazanc isə buna imkan vermir. Ona görə heç kim qəsəbədən kənara çıxıb iş dalınca şəhərə gedə bilmir.

Ellada internat evindən sonra ilk dəfə 1992-ci ildə bu yataqxanaya gəlib. Bir müddət Bakıda yaşasa da sonradan maddi vəziyyətinə görə yataqxanaya qayıtmağa məcbur olub. Deyir, qəsəbədə iş imkanları olsaydı vəziyyəti bir qədər yaxşılaşardı.

Fotonun müəllifi Gülər Abbasova

"Peşə məktəbində dərzilik kursunu bitirmişəm, amma bizə demək olar ki, orada heç nə öyrətməmişdilər. Toxuculuqla məşğul oluram."- Cəfərova əl işləri ilə bəzədiyi yataq otağını göstərir.

Fotonun müəllifi Gülər Abbasova

Oksana Brankeviç 2 saylı internat məktəbindən sonra 2007-ci ildə yataqxana binasına sığınanlardan biridir. Dediyinə görə həyat yoldaşı onu atıb Rusiyaya gedib. 27 yaşlı Oksana indi bir oğlu və özündən yaşca böyük xəstə bacısı ilə yaşayır. Əvvəllər aşbaz köməkçisi işləsə də indi buna imkanı çatmır, az yaşlı oğluna qulluq edir.

Fotonun müəllifi Gülər Abbasova

"Hər ay oğlum üçün 60 manat müavinət alırdım, bir aydır ki onu da ala bilmirəm. İndi təkcə kiminsə maddi yardımına ehtiyac olmuşuq. Bayramdan bayrama, ya da kimsə nəzir deyəndə kömək görə bilirik. "- Brankeviç bildirir.

Kommunal xərclərdən, işıq,qaz və su istifadəsinə görə ödəmələrdən azad olsa da, Oksana rəsmi sənədin olmaması səbəbindən müavinətlə bağlı problem yaşayır.

O deyir ki, DSMF-nin Xəzər Rayon Şöbəsindən elektron sistemə keçidlə əlaqədar ondan elektrik enerjisinin və qazın istifadəsinə görə abonent kodu tələb olunur. O isə sənədlərin toplamaqda çətinlik çəkdiyindən hələ də müavinətlə bağlı problemini həll edə bilmir.

Fotonun müəllifi Gülər Abbasova

İnternat evindən gələn təxminən 25 nəfər beşmərtəbəli yataqxana binasında qeydiyyatlıdır və onlar binanın birinci, ikinci mərtəbəsində məskunlaşıblar. Yataqxananın digər hissəsində isə məcbur köçkünlər yaşayır.

Fotonun müəllifi Gülər Abbasova

Bu barədə daha geniş