Qar və şaxta: Polis yolda ehtiyatlı olmağa səsləyir?
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Bakıda Qar və şaxta: sürücülər ehtiyatlı olmağa səslənir

Azərbaycanda havanın kəskin soyuqlaşması ötən həftənin sonlarından başlayıb. Paytaxt ətrafı rayonlara və digər bölgələrə qar yağıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və avtomobil sahiblərinə təkrar müraciət edərək bildirib ki, nəqliyyat vasitələrinin hərəkət sürəti hava şəraitinə uyğun seçilməli, zərurət olmadan ötmə əməliyyatları aparılmamalı, qəfil manevrlər və kəskin tormozlama hərəkətləri edilməməlidir, APA yazır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, çərşənbə günü, yəni fevralın 1-də Bakıda və Abşeron yarımadasında fasilələrlə qar yağacağı gözlənilir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 1-3 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq və yolların buz bağlama ehtimalı var.

Video şərhsizdir.