Britaniyada bəzi qaçqınlar siçovul və həşərat olan "evlərdə yerləşdirilib"

siçovul Fotonun müəllifi Thinkstock

"Böyük Britaniyaya gələn qaçqınların bəziləri, siçan, sicovul və müxtəlif böcəklər olan evlərdə yerləşdirilib". Bu barədə Böyük Britaniya deputatları tərəfindən hazırlanan hesabatda bildirilib.

Parlamentin daxili işlər üzrə komitəsi qaçqınlaırn bu şəraitdə saxlanmasını "utancverici" adlandırıb.

Hesabata görə qaçqınlardan biri şikayət edərək, siçovullar üzündən öz ölkəsində həbsdə saxlanılaraq işgəncə gördüyü günləri xatırladığını və bunun ona əziyyət verdiyini bildirib.

"Siçovullar pilləkənlərlə yuxarı qacaraq birbaşa qonaq otağına girdilər. Binaya nəzarət edən şirkət sanitar xidmət yollayacağını vəd etsə də, kimsə gəlməyib"- deyən qadınlardan biri uşaqlarının həyatı üçün qorxduğunu söyləyib.

Başqa bir qaçqın isə yaşadığı evi belə təsvir edib: "Xalça üfunət iyi verirdi və tozlu idi. Mətbəx siçanlarla dolu idi. Hətta onlar biz yemək yeyən masanın üstündə dolaşırdılar."

Hesabata görə, gəmiricilərlə müqayisədə həşərat problemi daha çox yayılıb. Qadınlardan birinin dediyinə görə, bura gələndən bəri uşaqlar daima bədənlərindəki dişlək izləri ilə gəzirlər.

2012-ci ildən bu yana Böyük Britaniya hökuməti xüsusi şirkətlərlə müqavilə əsasında qaçqınları sığınacaqla təmin edir. Bu şirkətlər Serco, G4S и Clearsprings Ready Homes-dur.

Böyük Britaniya hökuməti hesabatı diqqətlə araşdıracağını və qaçqınların yaşayış üçün yararlı, təhkükəsiz evlərdə yaşamasını təmin etmək istiqamətində işlər görüləcəyini vəd edib.