İçməli suyun keyfiyyəti qənaətbəxşdirmi?
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Bakılılar içməli su barədə nə düşünür?

"İçdiyimiz suyun keyfiyyətindən əmin deyilik", bu sözləri BBC Azərbaycancanın sorğusunu cavablandıran bir neçə şəhər sakini deyib.

Onların bir neçəsi suyun tamından, digərləri isə suyun çökuntüsünün çox olmasından danışıblar.

Həmçinin, istifadə etdiyi suyun keyfiyyətini qənaətbəxş hesab edənlər də olub.

Buna baxmayaraq, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Azərsu Açıq Səhmdar Cəmiyyəti BBC Azərbaycancaya əhaliyə verilən içməli suyun bütün standartlara cavab verdiyini bildirib.