Azərbaycanlı əsgər Çingiz Qurbanovun cəsədi qaytarılıb

Əsgərlər Fotonun müəllifi RIA Novosti

Dekabrın 29-u Ermənistanla sərhəddə baş vermiş toqquşmada həlak olan və qarşı tərəfin nəzarətindəki ərazidə qalan Azərbaycan əsgəri Çingiz Qurbanovun cəsədi bazar günü geri qaytarılıb, Azərbaycan müdafiə nazirliyi bildirir.

Müdafiə nazirliyi bəyanatında xəbər verib ki, cəsədin qaytarılması "ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi" ilə Qazax rayonunun Bala Cəfərli kəndi istigamətində baş tutub.

Məlumata əsasən, Çingiz Qurbanovun cənazəsi hərbi ehtiram qaydalarına uyğun olaraq fəxri qarovulun müşayiəti ilə Bakı şəhərinə yola salınıb.

Dekabrın 30-na keçən gecə baş vermiş toqquşmadan sonra Ermənistan və Azərbaycan müdafiə nazirlikləri bir-birini təxribat törətməkdə və dezinformasiya yaymaqda ittiham edib.

Yanvarın 12-si Avropa Şurasının Baş katibi Thorbjørn Jagland toqquşma zamanı həlak olmuş Çingiz Qurbanovun cəsədinin təxirə salınmadan geri qaytarılmasına çağırış edmişdi.

Bu barədə daha geniş