Hökumət Beynəlxalq Bankın "3 milyard dollar borcunu öhdəsinə götürür"

Beynəlxalq Bank Fotonun müəllifi ABB

Azərbaycan Beynəlxalq Bankı (ABB) sədrinin sözlərinə görə, Azərbaycan hökuməti bankın 3 milyard ABŞ dolları həcmində borcunu öhdəsinə götürür.

Azərbaycan Beynəlxalq Bankı, təxminən 3 milyard ABŞ dolları həcmində olan borcunun, hökumətin boynuna götürəcəyinə ümid edir. Bank sədri Reuters-ə müsahibəsində bildirib ki, bu, ABB-in yenidən maliyyələşdirilməsi çərçivəsində baş tutacaq.

Dövlət bankı olan ABB, Azərbaycanın ən böyük bankıdır və hazırda Beynəlxalq Valyuta Fondunun təklifi və prezident İlham Əliyevin əmri ilə balans hesabını təmizləmək üçün yenidən maliyyələşdirilir, yazıda deyilir.

2015-i ildə İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank və Aqrarkredit - dövlət mülkiyyətində olan qeyri-bank təşkilatı - ABB-in korlanmış və riskli borclarının Aqrarkreditə 2 il ərzində transfer ediləcəyi razılığına gəliblər.

İndiyə qədər 10 milyard manat həcmində korlanmış borclar Aqrarkreditə keçirilib.

"İlkin hesablamalara əsasən, dövlətdən növbəti tranşın məbləği üç milyard ABŞ dolları olacaq," ABB sədri Xalid Əhədov Reuters-ə müsahibəsində deyib.

"Zərər görmüş aktivlər, balans hesabından götürüləcək... Bu, bankın 500 milyon manatadək ehtiyatını geri qaytaracaq və kapital mövqeyinə dəstək verəcək."

Cənab Əhədovun sözlərinə görə, növbəti tranşın bu ilin ilk rübündə baş tutacağı gözlənilir və ABB-in problemi üzrə son köçürülmə olacaq.

Bankın 2016-cı ildə 1.4 milyard manat xalis itkisi olub. Dəyərləndirmə agentliyi Fitch-ə əsasən, məbləğin 1.1 milyard manatı valyutada müəyyən edilmiş itkilərdir. Bank, 300 milyon manat əlavə foreks itkisini sifariş edə bilər, Fitch bildirib, yazıda deyilir.

"İlin axırınadək gəlir əldə edəcəyik"

Əhədov söyləyib ki, ABB-in yenidən təşkili ilə bağlı hazırkı görülən tədbirlər, 2017-ci ilin sonunadək bankın az miqdarda gəlir əldə etməsinə imkan yaradacaq.

"Deyə bilərəm ki, biz aza ümid etsək də, ilin axırınadək gəlir əldə edəcəyik," Əhədov söyləyib. O əlavə edib ki, bankın xarici öhdəlikləri yerinə yetirmək üçün heç bir problemi yoxdur.

Yenidən təşkildən sonra bank satışa çıxarılacaq və dövlət tədricən öz payını kəsəcək, cənab Əhədov bildirib.

"Bankın özəlləşdirilməsi prosesinə Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankı kimi beynəlxalq qurumları cəlb edə bilmək çox mühümdür," o deyib.

Əhədov, bankın xarici özəl alıcılarla yanaşı, yerli investorlara da təklif olunacağını istisna etməyib. Bu, daxili fond birjasına qoyulan paylar sayəsində baş tutacaq. Lakin o, bunun nə vaxt baş tutacağını bildirməyib.

"ABB-in dövlətin əsas layihələrində iştirakını nəzərə alsaq, hökumət öz hissəsini tədricən satışa çıxaracaq," Əhədov deyib.

Neft qiymətlərinin düşməsi nəticəsində, Azərbaycan iqtisadiyyatı zəifləyib və milli pul valyutası dəyərini itirib.

İqtisadiyyat zəiflədikcə, Azərbaycan banklarının korlanmış kreditləri artıb və kapitalları azalıb. Bəzi banklar lisenziyalarını itiriblər.

Əlaqəli mövzular