Aİ-Azərbaycan danışıqları: insan hüquqları və iqtisadiyyat

Fotonun müəllifi Reuters
Image caption Azərbaycan ilə Aİ əməkdaşlıq üzrə danışıqlar aparırlar

Avropa Komissiyasının prezidenti Azərbaycanla danışıqların çətinliyinə eyham vurub.

Bazar ertəsi İlham Əliyevlə görüşdən əvvəl keçirilən mətbuat konfrasında çıxış edən Jean-Claude Juncker günün "gözəl hissəsinin" başa çatdığını deyib.

"Mən indi Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyəm, demək, günün gözəl hissəsi başa çatdı".

Prezident İlham Əliyev Brüsseldə Avropanı qazla təchiz edəcək yeni boru kəmərləri layihəsini müzakirə edir.

Tərəflər enerji sahəsində əməkdaşlığa qarşılıqlı maraq göstərir. Bakı 500 mln əhalisi olan Avropa bazarına daxil olmaq - Aİ isə Rusiya qazından asılılığını azaltmaq istərdi, Reuters agentliyinin məlumatında deyilir.

Prezident İlham Əliyevin hökuməti söz azadlığı və müstəqil medianı təqib etməkdə ittiham olunur.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Juncker Əliyevlə görüşdən əvvəl: Günün gözəl hissəsi başa çatdı

Görüş vaxtı Avropa Komissiyasının prezidenti insan hüquqları və təməl azadlıqlara hörmətlə yanaşmanın zəruriliyini vurğulayıb, Aİ-nin mətbuat xidməti bildirir. Azərbaycan rəsmiləri Avropa Komissiyası prezidentinin şərhinə münasibət bildirməyiblər.

Jean-Claude Juncker istehzalı yumoru və diplomatik protokoldan kənara çıxmaqla tanınan siyasətçidir.

O, ötən həftə "Aİ-ə ən böyük təhlükə nədir?" sualına "Mən" cavabını verib.

Bundan əvvəl isə Juncker müxalif fikri cilovlamaqda təqsirləndirilən Macarıstanın baş naziri Viktor Orbanı "Salam Diktator!" müraciətilə qarşılamışdı.

Prezident İlham Əliyevlə görüşü vaxtı 28 ölkədən ibarət Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk daha diplomatic ifadələrə sadiq qalıb.

Bu barədə daha geniş