Adınız Adam olduqda iş tapmaq asan olar, yoxsa Məhəmməd?

Məhəmməd və Adəm adları
Image caption Göndərilən hər iki tərcümeyi-halda oxşar ixtisas və təcrübə göstərilib

BBC-nin etdiyi bir test əsnasında aydın olub ki, ingilis adı ilə işə müraciət edən şəxsə, üç dəfə iş müsahibəsi təklif olunub, nəinki müsəlman adını daşıyan müraciətçiyə.

Inside Out London, 100 iş təklifləri qarşılığnda, "Adam" və "Məhəmməd" adını daşıyan və eyni bacarıq və təcrübəyə malik iki şəxsin tərcümeyi-halını göndərib.

Adama 12, Məhəmmədə isə 4 iş müsahibəsi təklifi gəlib.

Nəticələr, kiçik bir nümunə ölçüsü əsasında alınsa da, seçimlər, keçmiş akademik təhsilə görə edilir.

Britaniyalı müsəlmanların digər dini qruplara nisbətən idarəetmə və professional peşələrdə daha az təmsil olduğu aşkara çıxıb.

"Ciddi ayrı-seçkilik"

Londonda satış reklamı üçün 100 biznes meneceri elanına saxta namizədlər, iş üçün müraciət edir.

İki ay yarımdan sonra, Adama təklif olunan müsahibə sayı, Məhəmmədə təklif olunandan üç dəfə çox olur.

Hər iki tərcümeyi-hal, dörd iş səhifəsinə yüklənmişdi. Adam ilə dörd işəgötürən əlaqə saxladığı halda, Məhəmməd ilə ikisi əlaqə yaradır.

Professor Tariq Modood, BBC-nin əldə etdiyi nəticələri analiz edib.

O deyib: "Biz gördük ki, müsəlman ada sahib insanların tərcümeyi-halına gələn iş müsahibəsi təklifi üç haldan birində baş tutur.

"Mən düşünürdüm ki, göstərici 50%-dən aşağı olacaq, lakin, bu, fikirləşdiyimindən də pis nəticə verdi, xüsusilə də London kimi bir şəhərdə."

"Müxtəlifliklə dolu bir yer, dünyanın fərqli hissələrindən olan insanlar, şəhərə iş axtarmaq üçün gəlib gedir. London, istedada ac bir şəhərdir. Bəli, nəticə düşündüyümdən də pisdir."

"Mən John Smith adından istifadə edirdim"

Image caption Yogesh Khrishna Dave zənn edir ki, adına görə yaxşı işlərə dəvət olunmayıb

Yogesh Khrishna Dave, 56 yaşındadır və Slough-da yerləşən bir əczaçı şirkətinin keyfiyyət direktorudur. Bu yüksək vəzifəyə çata bilmək, ondan onilliklər alıb.

Uğura qalxan nərdivan boyunca adına görə daha geri qaldığına inanıb. Beləliklə o, gizlicə öz təcrübəsini işə salır.

"Mən iş bazarına 80-ci illərdə daxil olmuşam. Mən tərcümeyi-halımı təqdim edir, amma nəticə əldə etmirdim. Rədd məktubları alırdım."

"Bir nəfər mənə təklif etdi: 'Niyə tərcümeyi-halına ingilis adı yazmırsan? Eyni zamanda birini də öz adın ilə göndər... və bax gör hansına iş təklifi gələcək.' Mənim adlarım Yogesh və John Smith oldu. John Smith-ə müsahibə təklifi gəlir. Mənə isə rədd cavabı."

Müsəlman kişilər, ağdərili xristian kişi həmkarları ilə müqayisədə 76% daha az işə götürülürlər. Bristol Universitetinin Etnik və Vətəndaşlığın Öyrənilməsi Araşdırma Mərkəzi belə deyir.

2011-ci ildə edilən son siyahıyaalınma göstərib ki, paytaxtın 8.2 milyon sakini içində, müsəlmanların sayı 1 milyondan bir az çoxdur. Lakin, müsəlman ailələrinin yarıdan çoxu kasıbdır və Britaniyadakı Müsəlman Şurasına əsasən, bu, digər sosial qrupların göstəricisindən çoxdur.

Professor Moddod xatırlayır ki, gənc olarkən işdə başqa ad götürməsi istənmişdi.

"Tələbə ikən iş müsahibəsində işəgötürən adıma baxıb dedi ki, 'Yox, bu işə yaramaz, özünü Terry Miles və ya buna oxşar bir adla təqdim et.' Bundan çox narahat olmuşdum."

"Öz istəyimlə adımı dəyişməzdim və qızlarıma da Pakistan və ya müsəlman adları vermişəm. Onlar üçün ad seçərkən bunun gələcək işlərinə təsir edəcəyini düşünsəm də belə."

Image caption İşsiz topoqraf Khalil Ur Rahman düşünür ki, problem onun bacarıqlarında deyil

Keçmiş araşdırmalar da işəgötürmə qeyri-obyektivliyini göstərib.

İş və Pensiya Üzrə Departamentin 2009-cu ildə apardığı bir təcrübədə, etnik azlıqdan edilən müraciətlərin ağdərili namizədlərə nisbətən, 29% halda ayrı-seçkiliklə qarşılaşdığı ortaya çıxıb.

Demos xeyriyyə təşkilatının 2015-ci ildə yaydığı məruzədə, Britaniya müsəlmanlarının digər dini qruplara nisbətən, idarəetmə və professional peşələrdə daha az təmsil olduğu aşkara çıxıb.

İşsiz topoqraf Khalil Ur Rahman deyib: "Hazırda mən, iki iş arasındayam. Aydındır ki, buna səbəb ixtisasım və ya bacarıqlarım deyil, dinimdir."

"Özümdən daha az bacarıqlı insanların yüksək idarəetmə vəzifələrinə qalxdığının şahidi olmuşam. Görkəmləri uyğun olduğu üçün daha sürətlə, daha tez buna çatıblar."

O, ayrı-seçkilik kimi gördüyü münasibətə qarşı qanuni addım atıb.

Dini və inancı və ya dinsizliyi və inancsızlığına görə iş yerində ayrı-seçkilik, Bərabərlik Aktı 2010-a ziddir

Vəkil Nabila Mallick, işəgötürənlərin bənzəri münasibətinə qarşı müsəlmanların hüquq müdafiəçisidir.

O deyib: "Müsəlman işçilərin etibarsız olması, siyasi qəbul olunması kimi qavrayış mövcuddur. Görünüşləri, bəzən onları fundamentalist kimi göstərir."

"Bu da işdə ayrı-seçkiliyə məruz qalan müsəlman işçilərin əhəmiyyətli sayda olmasının səbəbidir."

O, inanır ki, iş bazarında müsəlman barəsində mənfi rəy, ötən 15 il ərzində daha da artıb və dünyada baş verən hadisələrdən asılı olaraq, dəyişməyə meyilldir.

Prezident Donald Trump-ın bəzi müsəlman ölkələrindən olan qaçqın və emiqrantlara qarşı qadağa sərəncamı, onun sözlərinə görə, ən son nümunədir.

Xanım Mallik söyləyib: "Heç şübhəm yoxdur ki, bundan cəsarətlənərək müsəlman işçilərin işəgötürülməsində ayrı-seçkiliyə yol verəcək menecerlər olacaq. Onlar, ya bu siyasəti davam etdirəcək, ya da işçilərin iş yerində namaz qılma siyasətinə qarşı ayrı-seçkilik tətbiq edəcəklər."

2015-ci ildə baş nazir David Cameron elan etmişdi ki, Ucas - Britaniyanın universitetlərə qəbul etmə xidməti - "adsız" (name-blind) ərizələrini 2017-ci ildən istifadə edəcək. Yəni, müraciətçilərin adları götürüləcək.

O, bildirmişdi ki, bu, məzunlar, təcrübə üçün işləyən şagirdlər və dövlət qulluğu, BBC, NHS, yerli hakimiyyət, KPMG və HSBC kimi təşkilatlara da şamil olunur.

2015-ci ilin noyabrında bütün yüksək vəzifəli dövlət qulluqçusu səviyyəsindən aşağı namizədlər üçün adsız qaydanın tətbiqi təqdim olunsa da, Ucas hələ bunu təsdiq etməyib. Lakin, bu ilki qeydiyyat çərçivəsində, bəzi sınaqlar aparılacaq.

Kadr və İnkişaf İnstitutundan Jonny Gifford deyib ki, adsız işəgötürmə, "bütün işəgötürənlərin mümkün qədər istifadə etdikləri şey olmalıdır."

O əlavə edib: "Bunun, azlıq qrupların, xüsusilə də etnik azılqların nümayəndələrinin iş müsahibəsinə dəvət şansını artıraraq, fərq yaradacağı danılmazdır."

"Həmçinin, çox asan tətbiq olunası bir şeydir. Bunu etməmək üçün, hər hansısa real səbəb yoxdur."

Watch the full report on Inside Out London on BBC One in London at 19:30 on Monday or via the BBC iPlayer for seven days after the initial broadcast.

Bu barədə daha geniş