Lapşinin həbsi barədə nə düşünürlər?

Aleksandr Lapşin Fotonun müəllifi Courtesy Photo
Image caption Aleksandr Lapşin

Çərşənbə axşamı axşam saatlarında Azərbaycana Belarusdan xüsusi təyyarə ilə ekstradisiya edilən Rusiya və İsrail vətəndaşı bloqçu Aleksandr Lapşin barədə bir çox hakimiyyət qurumu və onun anası danışıb.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, Cinayət Məcəlləsinin "dövlət əleyhinə yönələn açıq çağırışlar və Azərbaycan sərhədini qanunsuz olaraq keçmə maddələri ilə təqsirləndirilən" cənab Lapşin 2011-ci və 2012-ci ildə Qarabağa səfərlərindən sonra arzuolunmaz şəxslər siyahısına daxil edilib.

Buna baxmayaraq, o, 2016-cı ilin iyun ayında Azərbaycana Ukrayna pasportu ilə bir daha daxil olub və bu dəfəki səfər barədə bloqunda yazıb.

Baş Prokurorluqdan BBC Azərbaycancaya verilən məlumata görə, o hazırda Ədliyyə Nazirliyi Penitensar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasındadır.

"Siyasiləşdirilmiş"

Cənab Lapşin barədə çərşənbə günü dərc edilmiş bəyanatında, Azərbaycan Xarici İşlər Nazirliyi onun işinin "siyasiləşdirilməsinin" "düzgün" olmadığını və "sırf hüquqi xarakter daşıdığını" bildirib.

APA xəbər agentliyi istinadən baş nazirin müavini Əli Əhmədov cənab Lapşinin Azərbaycana gətirilməsilə "Azərbaycanın siyasi iradəsini, dövlət maraqlarını qorumaq naminə ən cəsarətli addımlar atmaq iradəsini" ortaya qoyduğunu deyib.

Agentliyə açıqlamasında, Azərbaycanın Avropa Şurası parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov cənab Lapşinin ekstradisiyasında Azərbaycanın "beynəlxalq qanunlar çərçivəsində" hərəkət etdiyinə görə, Rusiya və İsraillə əlaqələrə mənfi təsir göstərməyəcəyinə inandığını deyib.

İsral və Rusiya

Rusiyanın Bakıdakı səfirliyi isə Azərbaycanın Xarici İşlər Nazirliyinə müraciət edərək, Aleksand Lapşinlə görüşmək istədiyini bildirib.

Mətbuata çıxışında isə Rusiya prezidentinin sözşüsü Dmitri Peskov, Rusiyanın cənab Lapşinin "maraqlarını qanun çərçivəsində müdafiə etməyə davam etdiyini" bildirib.

Öz növbəsində İsrail səfirliyi Lapşinin işi ilə bağlı prosesləri izlədiyini bildirib, APA xəbər agentliyin bildirir.

Aleksandr Lapşinin işi ilə şəxsən maraqlanan İsrail millət vəkili Kseniya Svetlovaya rəsmi Facebook səhifəsində cənab Lapşinin günahsız olduğunu və İsrailin liderlənin bu məsələdə "ölmüş sükutunu" tənqid edib.

İsrailin Azərbaycana milyardlarla dollar dəyərində silah satdığını xatırladaraq və Aleksandr Lapşinin Minskdə saxlanmasının İsrail baş naziri Benyamin Netanyahu Bakıda səfərdə olduğu gün baş verdiyini "maraqlı fakt" kimi qeyd edərək, xanım Svetlova İsrailin bu məsələni razılıqla həll etmədiyinə "mat qaldığını" bildirib.

"Lapşinin tam azadlığına nail olmaq və onu hər bir təqibdən xilas etmək lazımdır", o əlavə edib.

Lapşinin ailəsi

BBC Azərbaycancaya müsahibəsində, cənab Lapşinin anası Bella Lapşin oğlunun ekstradisiya olunmasını mətbuatdan öyrəndiyini bildirərək, özü və qızının hadisədən çox kədərləndiklərini deyib.

Lapşinin anası: "Yalvarıram, onu bağışlayın"

Oğlunun azadlığa buraxılmasına dərindən ümid etdiyni deyən Bella Lapşin, Azərbaycan hökumətinə müraciətində deyib ki, "yalvarıram, onu bağışlayın və əfv edin".

Fotonun müəllifi azertag.az
Image caption Aleksandr Lapşin 2011-ci ildə Qarabağa səfər etdikdən sonra, Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən 2013-ci ildə dərc edilmiş arzuolunmaz şəxslərin siyahısına daxil edilib

Lapşin niyə saxlanılıb?

Aleksandr Lapşin 2011-ci və 2012-ci ildə Qarabağa səfərlərindən sonra, Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən 2013-ci ildə dərc edilmiş arzuolunmaz şəxslərin siyahısına daxil edilib.

Buna baxmayaraq, o, 2016-cı ilin iyun ayında Azərbaycana Ukrayna pasportu ilə bir daha daxil olub və bu dəfəki səfər barədə bloqunda yazıb.

Bloqçu Qarabağa "2011-ci ildə qanunsuz olaraq səfər etdiyinə və bundan sonra Azərbaycan sərhədini qanunsuz şəkildə keçməkdə" ittiham olunaraq Azərbaycanın sorğusu nəticəsində dekabrın 14-də Belarus Respublikası hüquq mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıb.

Aleksandr Lapşini Belarusdan Azərbaycana gətirən təyyarə fevralın 7-də saat 23.00 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib, Azərtac agentliyi yazır.

Bu barədə daha geniş