Lapşinin anası: "Yalvarıram, onu bağışlayın"

Aleksandr Lapşin Fotonun müəllifi Courtesy Photo
Image caption Aleksandr Lapşin

BBC Azərbaycancaya müsahibəsində, bloqçu Aleksandr Lapşinin anası Bella Lapşin oğlunun bu dəfə "düşüncəsiz hərəkət" etdiyini, lakin ümumiyyətlə "heç vaxt həbslə nəticələnəcək hərəkətə yol verməyən insan" olduğunu deyib.

Çərşənbə axşamı axşam saatlarında Azərbaycana Belarusdan xüsusi təyyarə ilə ekstradisiya edilən Rusiya və İsrail vətəndaşı bloqçu Aleksandr Lapşin dövlət əleyhinə yönələn açıq çağırışlar və Azərbaycan sərhədini qanunsuz olaraq keçmə maddələri ilə təqsirləndirilir.

Cənab Lapşinin Azərbaycana ekstradisiya olunmasını mətbuatdan öyrəndiyini bildirən anası, özünün və qızının hadisədən çox kədərləndiklərini deyib.

O həmçinin bildirib ki, Aleksandr Lapşinin ekstradisiyasından sonra, onunla oğlunun şəraiti və ya onun hüquqi baxımdan vəziyyəti barədə heç kəs əlaqə saxlamayıb.

Lapşinin həbsi barədə nə düşünürlər?

İsrail millət vəkili: "İsrail Lapşinə sədaqətli olmalıdır"

Azərbaycan hökumətinin onun işi ilə bağlı şəfqətli olmasına rica edərək, Bella Lapşin gələn həftə Azərbaycana getmək niyyətində olduğunu bildirib.

"Mən oğlumla görüşməyə çalışacağam", o, əlavə edib.

Oğlunun azadlığa buraxılmasına dərindən ümid etdiyni deyən Bella Lapşin, Azərbaycan hökumətinə"yalvarıram, onu bağışlayın və əfv edin" deyə müraciət etdiyini bildirib.

Bu barədə daha geniş