Murovdağda qar uçqununa görə əsgər həlak olub

əsgər Fotonun müəllifi APA.az

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, cümə axşamı Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər Ülvi Rüstəmov Əhməd oğlu qar uçqunu nəticəsində həlak olub.

Hadisə fevralın 9-u axşam saatlarında Murovdağ silsiləsində baş verib.

Nazirlik bildirir ki, hazırda hərbi qulluqçunun nəşinin dərin yarğandan çıxarılaraq təxliyə edilməsi üzrə tədbirlər həyata keçirilir.