Küçələrində Paris yaradan şəhər – Bakı

  • 15 Fevral 2017
yeni tikinti Fotonun müəllifi Tim Franco/INSTITUTE

Fotoqraf Tim Franco Azərbaycanın paytaxtı Bakı şəhərinə baş çəkib. Şəhər Sovetin qalıqlarını silərək özünü böyük və ehtiraslı binalarla dolu yerə çevirmək istəyir, lakin maddi vəsait azalır:

Geniş bulvarları və dəbdəbəli yaşayış binaları ilə bura, Parisə çevrilə bilər. Venesiya tipli kanallarda üzən qondolalar, dam örtüyü Sidneydəki Opera Evini xatırladan bina və hər şeydən öncə, LED ekranlarla örtülü və səmaya üç şüşə diş kimi ucalan əzəmətli Alov Qüllələri.

Azərbaycanın paytaxtı Bakı üçün memarlıq üslublarını çulğalamaq qədim bir tarixə malikdir. Hələ də mövcud olan orta əsrlərdən qalma İçəri Şəhər, ərəb, fars, osmanlı və şərq havasının qarışığından ibarətdir.

Fotonun müəllifi Tim Franco/INSTITUTE
Fotonun müəllifi Tim Franco/INSTITUTE

Lakin neftlə zəngin şəhər, artıq özünü dəyişir. Sovet dövründən qalma sönük binalar və sənaye əraziləri yerlə bir edilərək və ya da örtülərək, Xəzər dənizinin sahillərində klassik Avropanı, Sidneyi və Dubayı xatırladır.

Fotonun müəllifi Tim Franco/INSTITUTE

Şəhərin dəyişilməsinə 1991-ci ldə Sovet İttifaqının dağılmasından az sonra başlanıb. Prezident Heydər Əliyevin hakimiyyəti illərində - 1993-cü ildə hakimiyyətə gəlib - milyardlarla dollar məbləğində vəsait, şəhərin müasirləşdirilməsi və ali təbəqəyə məxsus bir şəklə salınması üçün genişmiqyaslı layihələrin tikintisinə sərf olunur.

Fotonun müəllifi Tim Franco/INSTITUTE

İşi hazırda, 2003-cü ildə atasından sonra hakimiyyətə gələn oğlu İlham davam etdirir.

Fotonun müəllifi Tim Franco/INSTITUTE
Image caption Şəhərin mərkəzinə yaxınlıqda tikilən neft qurğusu

Keçmişi örtmək

İstənməyən Sovet məhəllələri, geniş park sahəsi, ağ mərmərli ticarət mərkəzləri, parıldayan göydələnlər və lüks yaşayış binaları salmaq üçün sökülür. Bunların əksəriyyəti Azərbaycanı idarə edən ailənin istəyi ilə baş tutan layihələrdir.

Fotonun müəllifi Tim Franco/ INSTITUTE

Misal üçün, deyilənlərə görə, birinci xanım Mehriban Əliyevanın istəyi ilə 221 hektarlıq ərazidə tikilən şəhər küçələri Georges-Eugene Haussmann-ın memarı olduğu 19-cu əsr Paris arxitekturasınıı əks etdirir.

Fotonun müəllifi Tim Franco/INSTITUTE
Image caption Eybəcər hesab olunan binalar, saxta fasadlarla örtülür

Bakıdan cənubda Xəzər Adaları adlı layihəyə, böyük villalar, lüks otellər və kommersiya binaları daxildir. Xəzər dənizində yerləşən 41 adanı əhatə edəcək layihənin, 3000 hektardan çox ərazidə həyata keçirilməsi nəzərdə tutulub.

Burada həmçinin, hündürlüyü 1 kilometr olacaq, dünyanın ən hündür binasının tikilməsi planlaşdırılırdı. Lakin 100 milyard dollar dəyərində olan layihə, büdcənin azalması nəticəsində dayandırılıb. Bundan əlavə, layihənin əsas hissəsinə sahib olan milyarder oliqarx İbrahim İbrahimov, 2015-ci ildə ödəmədiyi borlar səbəbi ilə həbs olunub. Adalar, yarımçıq və boş qalıb.

Fotonun müəllifi Tim Franco/INSTITUTE
Image caption Köhnə neft qurğuları hələ də Xəzər Dənizinin sahilində yatır
Fotonun müəllifi Tim Franco/INSTITUTE
Image caption Şəxsi mülkü ictimai çimərlikdən ayıran divar
Fotonun müəllifi Tim Franco/INSTITUTE
Image caption Bakının şimalı həmçinin, Ermənistanla hələ də davam edən sərhəd münaqişəsi üzündən didərgin düşən və qaçan insanların evidir

Göylərə əl ataraq

Fəqət, Bakının geniş miqyaslı layihələrinin əksəriyyəti çətinliklərlə üz-üzədir. Neftin düşən qiyməti, Azərbaycan iqtisadiyyatından yan ötməyib və bəziləri inkişafın yarımçıq qalacağından qorxur.

Bakıdan cənubda Xəzər Adaları adlı layihəyə, böyük villalar, lüks otellər və kommersiya binaları daxildir. Xəzər dənizində yerləşən 41 adanı əhatə edəcək layihənin, 3000 hektardan çox ərazidə həyata keçirilməsi nəzərdə tutulub.

Burada həmçinin, hündürlüyü 1 kilometr olacaq dünyanın ən hündür binasının tikilməsi planlaşdırılırdı. Lakin 100 milyard dollar dəyərində olan layihə, büdcənin azalması nəticəsində dayandırılıb. Bundan əlavə, layihənin əsas hissəsinə sahib olan milyarder oliqarx İbrahim İbrahimov, 2015-ci ildə ödəmədiyi borlar səbəbi ilə həbs olunub. Adalar, yarımçıq və boş qalıb.

Fotonun müəllifi Tim Franco/INSTITUTE

Bu barədə daha geniş