Tufan zirehli maşınının təqdimatı olub

Tufan zirehli maşını Fotonun müəllifi Müdafiə Sənayəsi Nazirliyi
Image caption Tufan zirehli maşını

Çərşənbə axşamı Azərbaycan Müdafiə Sənayəsi Nazirliyinin "altı ay ərzində reallaşdır"dığı Tufan adlı zirehli maşının təqdimatı keçirilib.

Nazirliyin rəsmi bəyanatında deyilir ki, Tufan zirehli maşını ilk dəfə ADEX-2016 ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində maket və 3D animasiya formatında nümayiş etdirilib, lakin "avtomobilin seriya öncəki prototipi gövdə forması və bəzi detallara görə konseptdən bir qədər fərqlidir".

Zirehli maşının "yalnız aqreqat və şassi hissələrində donor detallardan istifadə" olunduğunu deyən nazirlik, Tufanın "100 faiz Azərbaycan dizaynerlərinin və mühandislərinin kreativ" fikirləri və təcrübəsi ilə istehsal olunduğunu vurğulayıb.

Nazirlik bildirib ki, Tufanın ağırlığı 12,3 tona çatır və zirehli maşın 10 nəfərlik şəxsi heyəti "tam təhlükəsiz şəraitdə" 3 tona qədər faydalı yük ilə daşımaq qabiliyyətinə malikdir.

Həmçinin bildirilir ki, maşın NATO-nun STANAG 4569 ballistik qoruma standartının 3-cü səviyyəsinin tələblərinə uyğundur.

Şosedə saatda 85 kilometr sürətinə çatan maşın həm də 65 sm dərinlikdəki xəndəkləri və 1,2 metr su maneələrini keçmə qabiliyyətini malikdir, məlumatda bildirilir.

Təqdimatdan sonra verilən məlumat bildirilir ki, Tufanın "dəf edilən eniş və yoxuşunun səviyyəsi 30 dərəcə, yamacı isə 18 dərəcədir".

Fotonun müəllifi Müdafiə Sənayəsi Nazirliyi
Image caption Tufan zirehli maşını

Zirehli maşının "yerində dönmə radiusu 20 metrə çatır" və onun uzunluğu 7,3, eni 2,44, hündürlüyü isə 2,8 metrdir", bəyanatda deyilir.

Tufanın gövdəsi "universal formatda layihələndirilib" ki, maşının güc aqreqatı sırasına 8 və ya 12 silindirli 230-dan 550 at gücünə qədər istənilən dizel, turbodizel müharrikləri və transmissiyalar" tətbiq edilə bilinsin, nazirlik deyir.

Maşının universal formatı həmçinin Tufan "platformasında zirehli maşın, yaralı təxliyyəsi üçün zirehli reanimobil, antiterror xüsusi təyinat qrupunun dəstəyi üçün avtovasitə, döyüş şəraitinin koordinasiyası üçün operativ komanda və rabitə nöqtəsi, tank əleyhinə raket kompleksi və 120 mm-lik mobil minaatan hazırlamaq mümkündür", bəyanat deyir.

Tufan zirehli maşınının və universal döyüş modulunun təqdim edilmiş prototipi sınaqlardan keçirildikcə "real döyüş şəraitinə" uyğunlaşdırılacağı deyilir.

Bu barədə daha geniş