“İş düşəndə işləyirəm iş düşməyəndə evdə otuturam”
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

“İş düşəndə işləyirəm iş düşməyəndə evdə otururam”

Şəki rayonunun Oxud kəndində yaşayan Xəlilov Şükür rəngsaz kimi fəaliyyət göstərsə də, deyir ki, yaz və ya yay aylarında tanışlar vasitəsilə qısa müddətlik iş tapa bilir.

Onun 3 övladı var, uşaqlardan biri beyin iflicindən əziyyət çəkir.

Şükür deyir ki, son 2 ildir ki uşağın müalicəsini imkansızlıqdan etdirə bilmirlər. Ailə hazırda kömək göstərilməsi üçün ümidini dövlət orqanlarına bağlayıb.

Şükür deyir ki, Şəkidə iş olmaması səbəbindən Bakıda dəfələrlə iş axtarıb, amma təklif edilən əmək haqqı az olduğundan Şəkiyə qayıtmalı olub.

Xəlilovlar ailəsilə Günel Səfər söhbət edib.