Yeni vitse-prezident, yeni planetlər və... Həftə 5 fotoda

Keçən həftə baş vermiş mühüm hadisələr 5 fotonun diliylə.

Fotonun müəllifi Dan Mullan/ Getty

1. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti təyin edilib.

Müxalifət yeni təyinatı Azərbaycanda "Əliyevlər ailəsinin hakimiyyətini gücləndirmək" cəhdi kimi qiymətləndirib.

Fotonun müəllifi SERDAR UNSAL

2. Bazar ertəsi Türkiyənin İqdır şəhərindən Naxçıvana gedən avtobusla Naxçıvandan İqdıra gələn avtobusun toqquşması nəticəsində azı 28 nəfər yaralanıb və 8 nəfər ölüb.

Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev bildirib ki, ölənlərdən "təxminən 5-i Azərbaycan vətəndaşıdır".

3. Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının üçüncü iclası keçirilib.

"Cənub Qaz Dəhlizi layihəsinin icrasına heç nə mane ola bilməz. Layihənin icrasında gecikmələrə yol verilməməlidir", iclasda çıxış edən prezident İlham Əliyev bildirib.

Fotonun müəllifi NASA
Image caption TRAPPİST planetinin səthi belə görünə bilər (rəssamın təsviri)

4. ABŞ-ın NASA kosmik agentliyi Günəş sistemindən 40 işıq ili məsafəsində Yerə bənzəyən 7 yeni planetin aşkar edildiyini bəyan edib.

Ölçüsünə görə Yerlə müqayisə edilən bu planetlər maye halında suyun tapılması üçün yararlıdır.

Fotonun müəllifi AFP

5. Parisdə Polis tərəfindən təcavüzə uğradığı iddia edilən qaradərili cavan oğlana görə 16 orta məktəb binası blokadaya alınıb.

Polis etiraz edən tələbələrə qarşı göz yaşardıcı qazdan istifadə edib.

Bu barədə daha geniş