Qədim peşədə yeniliklər yaradan usta
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Şəki: Şəbəkə ustası Hüseyn Hacımustafazadə qədim peşədə yeniliklər yaradır

Qədim peşələrdən sayılan şəbəkə ustası Hüseyn Hacımustafazadə bu sənətlə 29 ildir məşğuldur.

O Şəki şəhərində yaşayır və yaradır. Bu peşənin sirrlərini 12 tələbəsinə də öyrədir.

Heç bir yapışqan və mismardan istifadə olunmayan və taxta və rəngli şüşələrin birləşməsiylə yaranan sənət növündən Şəki Xan sarayında geniş istifadə olunub.

Elə müsahibimiz Hüseyn usta 2002-2004-cü ildə bu memarlıq abidəsini bərpa edib.

Bir sıra beynəlxalq sərgilərdə iştirak etmiş ustanın əsərləri müxtəlif diplom və serifikatlarla təltif edilib.

O ilk dəfə olaraq dairə şəkilli şəbəkəni də yaradıb.

Videonu BBC Azərbaycanca müxbiri Günel Səfər hazırlayıb.

Əlaqəli mövzular