Türkiyə: Almaniyalı jurnalist "terror təbliğatına görə" həbs olunub

Yucel Fotonun müəllifi AFP/getty
Image caption Die Welt üçün çalışan Deniz Yücel təxminən 2 həftə əvvəl saxlanılıb

Türkiyə hakimiyyəti Türk-Alman jurnalisti "terrorçu təbliğatı aparmaqda və hökuməti sarsıtmaqda" ittiham edərək həbs edib.

Die Welt üçün çalışan Deniz Yücel təxminən 2 həftə əvvəl saxlanılıb və hələ də polis nəzarətindədir.

O, əvvəllər prezident Recep Tayyip Erdoğan-ın kürəkəni ilə bağlı sızdırılmış e-maillər barədə məlumat yayıb.

Almaniya Kansleri Angela Merkel bu addımı "məyusedici" adlandırıb.

"Biz Deniz Yücel ilə ədalətli və hüquqi davranılmasında təkid edəcəyik və ümid edirik ki, o, tezliklə azadlığa çıxaca", o bildirib.

Xarici işlər naziri Sigmar Gabriel deyib ki, cənab Yücel-in həbsi mətbuat və fikir azadlığı məsələlərində Almaniya və Türkiyə arasındakı fərqləri "aşkar" göstərib.

Fotonun müəllifi AFP/Getty
Image caption Deniz Yücel ilə bağlı aksiya keçirilib

Die Welt bildirib ki, 43 yaşlı cənab Yücel cənab Erdoğan-ın partiyası AKP-nin 2002-cü ildə hakimiyyətə gəlməsindən bəri barəsində həbs qətimkan tədbiri seçilən ilk Almaniya vətəndaşlığı olan jurnalistdir.

Bir neçə digər jurnalist də ölkənin enerji naziri olan Berat Albayrak-ın şəxsi hesabından solçu hakerlər tərəfindən götürtüldüyü ehtimal edilən e-maillər ilə əlaqədar saxlanılıb.

Türkiyədə həbs qətimkan tədbiri beş il davam edə bilər, Die Welt deyir.

Türkiyədə bir çox yazıçılar və jurnalistlər ötən ilin iyul ayında cənab Erdoğana qarşı baş tutmayan çevrilişdən sonra həbs edilib.

Baş tutmamış dövlət çevrilişinin ardınca Türkiyənin polis orqanlarından, hərbiyyəsindən, dövlət qulluğundan və özəl sektordan 100 mindən çox adam işdən çıxarılıb, on minlərlə insan həbs edilib.

Türkiyə hökuməti deyir ki, bu tədbirlər təhlükəsizlik təhdidləri səbəbindən zəruridir. Lakin tənqidçilər bildirir ki, cənab Erdoğan bu addımları yadfikirliliyi boğmaq üçün atır.

Bu barədə daha geniş