Mətbuat icmalı: Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb

Fotonun müəllifi Getty Images

fins.az: Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb

Martın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb.

Qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 mart 2017-ci il tarixədək 80.385.012,74 AZN, 212.673,88 ABŞ dolları, 6235,69 avro və 5000,0 rubl vəsait daxil olub..

"Azadlıq": Məhkəmə Əli İnsanovun şikayətini təmin etməyib

Bir neçə gün əvvəl Qaradağ rayon Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib.

Ötən gün Bakı Apellyasiya Məhkəməsində Əli İnsanovun həmin qərardan şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib.

"Azərbaycan": Prezident İlham Əliyev İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Pakistan İslam Respublikasının paytaxtı İslamabadda işə başlamış İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak edir.

"Xalq qəzeti": Prezident İlham Əliyev Pakistan Prezidenti Məmnun Hüseyn və Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şəriflə görüşüb

Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin təkbətək görüşü olub.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemi ilə bağlı Azərbaycanın və Pakistanın bir-birinin ədalətli mövqeyini dəstəkləməsində qətiyyət göstərdikləri vurğulanıb.

Fotonun müəllifi president.az
Image caption Prezident İlham Əliyevin Pakistan prezidenti Məmnun Hüseynlə danışıqlar aparıb.

Söhbət zamanı regional təhlükəsizlik və əməkdaşlıq məsələləri müzakirə olunub.

Ötən gün prezident İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şəriflə təkbətək görüşü olub.

Görüşdə Azərbaycan ilə Pakistan arasında siyasi əlaqələr müzakirə edilib, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb.

"Görüşdə müdafiə və müdafiə sənayesi sahəsində konkret layihələr müzakirə olundu. Azərbaycanın Pakistanın inkişaf etmiş hərbi sənaye kompleksinin məhsullarını idxal etməsi ilə bağlı razılaşma əldə edildi".

Bundan əlavə, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyi vurğulandı, fevral ayında 20-yə yaxın Azərbaycan şirkətinin Pakistanda ixrac missiyasında olduğu və bu missiyanın Azərbaycanın Pakistana ixracının artırılması məqsədi daşıdığı qeyd edildi.

Söhbət zamanı energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi. Daha sonra Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında enerji sahəsində əməkdaşlıq haqqında Saziş imzalandı", deyə xəbərdə qeyd edilir.

"Azərbaycan": Prezident İlham Əliyev İslamabadda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb

Fevralın 28-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Görüşdə enerji sahəsində həyata keçirilən layihələrdən danışılıb, onların uğurla davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

İş adamlarının və şirkətlərin iqtisadi əlaqələrin inkişafında daha fəal rolunun təmin edilməsinin, bank sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirilib.

Əlaqəli mövzular