Şahin Mirzəyev: Mən artıq yerevanlı olmuşam
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Şahin Mirzəyev: Mən artıq yerevanlı olmuşam

Azərbaycandan qaçaraq Ermənistandan sığınacaq istəmiş Şahin Mirzəyev hazırda "gözəl şəraitli evlə təmin olunduğunu" deyir.

Həyat yoldaşının Azərbaycanda başqa adla əməliyyat edildiyini iddia edən Mirzəyev, hazırda onun "Ermənisatanın yaxşı klinikalarından birində yerləşdirildiyini" və həkim nəzarətində olduğunu deyir.

Azərbaycanda bəzi siyasətçilər cənab Mirzəyevi Ermənistana qaçdığı üçün satqınlıqda ittiham ediblər.

Parlamentdə hakim partiyanı təmsil edən millət vəkili Aydın Mirzəzadə baş verənləri Mirzəyevin "seçimi" adlandırıb.

"İstəyib, sığınacağını da alıb, mənim nə şərhim ola bilər ki? Azərbaycan demokratik ölkədir və Azərbaycanda istənilən vətəndaş istədiyi addımı ata bilər", - cənab Mirzəzadə BBC Azərbaycancaya bildirib.

Şahin Mirzəyev Azərbaycanda ona qarşı hədələrin olduğunu bildirb və Ermənistanda "sərbəst, talış olaraq heç bir təzyiq görmədən" yaşayacağını söyləyib.

Onunla müsahibəni Yerevan Dövlət Universitetində müxbirimiz Aleksey Manvelyan hazırlayıb.