Mehman niyə həbs edildi, Qarabağda savaş və həftənin digər xəbərləri 5 fotoda

Keçdiyimiz həftə baş vermiş hadisələr 5 fotonun diliylə.

1. Suraxanı rayon məhkəməsi bloqçu Mehman Hüseynov barəsində iki il həbs qərarı verib.

Vəkil Elçin Sadıqov BBC Azərbaycancaya bildirib ki, o, böhtan (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.

"Mehman həbsdən qorxmur və həbsinin bloqçuluq, jurnalistika fəaliyyəti ilə məşğul olması və RATİ sədri olması ilə əlaqələndirir", vəkil bildirib.

Fotonun müəllifi KAREN MINASYAN/ Getty

2. Azərbaycan və Ermənistan müdafiə nazirlikləri fevralın 24-dən 25-ə keçən gecə Dağlıq Qadabağ ərazisində cəbhə xəttində döyüşlərin baş verdiyini bildirib.

"Döyüş toqquşması nəticəsində itkilərimiz var", Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyib.

Bazar ertəsi Azərbaycanın Müdafiə Nazirliyi atəşkəsin pozulması nəticəsində həlak olmuş beş hərbi qulluqçunun nəşlərinin döyüş meydanından çıxarıldığını bildirib.

Fotonun müəllifi Kevin Winter/ Getty

3. Amerikanın "Oskar" Kinematoqrafiya Sənəti Akademiyasının "ən yaxşı filmi" mükafatını Barry Jenkins-in "Moonlight" filmi alıb.

Bundan biraz öncə is bu nominasiyada səhvən "La-La Land" musiqili filmi qalib elan edilib. Mükafatı təqdim edən Warren Beatty izah edib ki, ona səhv məktubu veriblər.

4. Bazar ertəsi şair Mikayıl Müşfiqin büstü götürüldükdən sonra sosial şəbəkədə geniş müzakirəyə səbəb olub və büstün dağıdıldığı barədə məlumatlar yayılıb.

Prezident İlham Əliyev şairin abidəsinin sökülməsindən ciddi narahat olduğunu bildirib. Azəravtoyol şirkəti büstün götürülməsində məqsədin "Mikayıl Müşfiqin adına layiq parkın salınması" olduğunu deyib.

5. Beş aylıq qızcığaz Maramı Suriyada əməliyyat etmiş britaniyalı həkim David Nott, üzərindən 2 ay keçmiş onu Türkiyədə tapıb. Onları BBC görüşdürüb.

Marat Suriyada bomba hücumu zamanı valideynlırini itirib və ayaqları və sağ qolu zədələnib.

Vəkil: "Mehman həbsdən qorxmur"

Cəbhə xəttində toqquşmalardan sonra "itkilər var"

Oskar mükafatı: Ən yaxşı film "Moonlight"dır

Azəravtoyol: "Müşfiqin büstünün götürüləcəyini hamı bilirdi"