“Gözəl və bədheybət” Disney-in ilk irqlərarası öpüş səhnəli filmi olacaq

Audra McDonald və Stanley Tucci Fotonun müəllifi PA
Image caption Audra McDonald və Stanley Tucci Disney-n tammetrajlı filmində ilk iki fərqli irqə mənsub cütlük olacaqlar

Disney-in yeni bədii filmi "Gözə və bədheybət"in (Beauty and the Beast) rejissoru Bill Condon bildirib ki, filmdə Disney üçün ilk olan iki fərqli irqə mənsub insan arasında öpüş səhnəsi yer alacaq.

Səhnədə sehrli piano Cadenza rolunu oynayan italyan əsilli ağdərili Stanley Tucci ilə Madame de la Grande Bouche adlı şifoner rolunu oynayan afro-amerika əslli Audra McDonald öpüşürlər.

Condon-un BBC-ə verdiyi müsahibədə bildirib ki, filmdə personajlar bir dəfədən artıq öpüşüblər.

"Mən heç öpüşə diqqət verməmişdim, lakin, Disney-n sahibi dedi ki, bu, Disney üçün bir ilk olan iki fərqli irqə mənsub insan arasında öpüş səhnəsidir və bu məni təəccübləndirdi. Bunun daha əvvəl baş vermədiyini təsəvvür edə bilmirdim. Onlar səhnəni çox bəyəndilər," rejissor deyib.

Disney-n lentə aldığı cizgi filmlərində bu artıq baş verib. Belə ki, 1995-ci ildə çəkilən Pocahontas adlı cizgi filminin qəhrəmanı hindli əsilli qız ingilis dənizçisinə aşiq olur.

Fotonun müəllifi AP
Image caption Şəkil: Filmdə baş rolları britaniyalı aktyorlar Emma Watson və Dan Stevens oynayırlar

Çərşənbə günü bəlli olub ki, filmin personajlarından LeFou əsas antoqonist Gaston-a qarşı sevgi hissləri keçirir.

LeFou ilə Gaston arasındakı eşq səhnəsi Walt Disney studiyası məhsulları arasında ilk eynicinsli münasibət səhnəsi olacaq.

Uşaqlıqdan bir çoxumuzun bildiyi kimi, bədheybətə aşiq olan gözəl rolunu isə Emma Watson ifa edir.

O deyib ki, nağılın ekranlaşdırılmış digər versiyalarından fərqli olaraq, gözəli daha azad göstərməyə çalışıb.

Gaston və bədheybət rolları britaniyalı aktyorlar Dan Stevens və Luke Evans-a həvalə olunub.

İkinci dərəcəli səhnələri isə Ewan McGregor, Kevin Kline və Gugu Mbatha-Raw ifa ediblər.

Film beynəlxalq ekranlara 16-17 marta çıxacaq.

Tammetrajlı "Gözəl və bədheybət" cizgi filmi eyni studiyada 1991-ci ildə işıq üzü görmüşdü.