"Mənzərə çox dəhşətli idi" - Bakı-Sumqayıt yolundakı qəzanın şahidi
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

"Mənzərə çox dəhşətli idi" - Bakı-Sumqayıt yolundakı qəzanın şahidi

Martın 9-da səhər saatlarında Bakı-Sumqayıt yolunda baş verən qəzada azı 5 nəfər ölüb və 21 nəfər xəsarət alıb, Səhiyyə Nazirliyi bildirir.

Qəzadan sonra yaralıların aparıldığı xəstəxana qarşısında olan BBC Azərbaycanca müxbiri Günel Səfər deyir ki, Sumqayıt Dövlət Universitetinin bəzi tələbələri binanın qarşısına toplaşıb.

Tələbələr müxbirimizə Bakıdan gələnlər üçün universitetin xüsusi daşıma xidmətinin olmamasından şikayətləniblər.