Pensiya yaşı artdı, Türkiyə-Almaniya gərginliyi və digər hadisələr 5 fotoda

Keçdiyimiz həftə baş vermiş hadisələr 5 fotonun diliylə.

1. Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən qəzada azı 5 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

Baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən ikisinin Sumqayıt Dövlət Universitetinin tələbəsi olduğu bildirilir.

Fotonun müəllifi Christopher Lee/ Getty

2. Milli Məclisdə "Əmək pensiyaları haqqında" qanuna əlavə və dəyişiklər layihəsi müzakirə olunub. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Qanun layihəsinə əsasən, qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq.

Fotonun müəllifi EITI

3. Martın 8-9-da Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün (The Extractive Industries Transparency Initiative - EITI) Kolumbiyanın Boqota şəhərində keçirilən kollegiya iclasında Azərbaycan "islah tədbirlərini tam yerinə yetirməmiş kimi" qiymətləndirilib və bu qurumda Azərbaycanın fəaliyyəti dayandırılıb.

Fotonun müəllifi Getty Images

4. Bir neçə Almaniya bələdiyyəsi Türkiyə rəsmilərinin iştirakı ilə Türkiyədə keçiriləcək referendumla bağlı yürülşlərə icazə verməyib. Bunun ardınca Türkiyə prezidenti Recep Tayyip Erdoğan Almaniyanı "nasist üsullarının" tətbiqində ittiham edib.

Almaniya kansleri Angela Merkel ölkə parlamentinə müraciətində Türkiyədən nasistlərlə müqayisələrə son qoyulmasını tələb edib.

5. Tailandda cərrahlar qarnında 1000-dək dəmir pul aşkar olunmuş tısbağanın üzərində əməliyyat keçiriblər.

İlk belə bir əməliyyat dəniz canlısının həyatını xilas edib.