Azərbaycan əsgəri Həsənəli Abasov Dağlıq Qarabağda həlak olub

Həsənəli Abbasovun dəfn mərasimi Fotonun müəllifi APA.az

Azərbaycan əsgəri Həsənəli Abbasov şənbə günü Dağlıq Qarabağda həlak olub, Müdafiə Nazirliyinin məlumatında deyilir.

"Martın 11-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində hərbi qulluqçumuz əsgər Abbasov Həsənəli Çingiz oğlu həlak olub".

Həlak olmuş əsgər həmin gün Tovuzda dəfn olunub.

"Şəhidin tabutunun büküldüyü Azərbaycan bayrağı atasına təqdim edilib", APA-nın məlumatında qeyd olunur.

Dəfn mərasimində rayon İcra Hakimiyyətinin başçısı və əməkdaşlarından başqa ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhidin hərbçi yoldaşları, xidmət etdiyi hərbi hissəsinin zabitləri, Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak edib, məlumatda deyilir.

Bu barədə daha geniş