Azərbaycan: Buraxılış imtahanları keçirilir

imtahan Fotonun müəllifi FREDERICK FLORIN

33 rayonda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi, 23 rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirilir.

Dövlət İmtahan Mərkəzi (DİM) ümumilikdə 37230 şagirdin imtahan verəcəyini bildirib, APA yazır.

Onlardan 34116-sı 9-cu sinif şagirdləridir. İmtahanda iştirak edən ən çox şagird sayı Cəlilabad rayonunda - 2473 nəfər, ən az isə Sədərək rayonundadır - 89 nəfər.

İlkin peşə-ixtisas təhsili müəssilərinin buraxılış imtahanında isə 3114 nəfər 11-ci sinif şagirdi qatılır.

Saat 11:00-da başlayan imtahanların keçirilməsi üçün ümumilikdə 113 imtahan mərkəzi ayrılıb.

İmtahanların idarə olunmasına ümumilikdə 269 imtahan rəhbəri, 3091 nəzarətçi müəllim ayrılıb.

Əlaqəli mövzular