Şotlandiyanın ən gizli sirri: səyyahlar üçün cənnət

Приют для путников в Шотландии Fotonun müəllifi Geoff Allan/Bothy Bible

Şotlandiyanın ən ucqar ərazilərində yerləşən sadə evlər səyahət edənlər üçün ödənişsiz sığınacaq yeri sayılır. Uzun müddət isə bu yerlər gizli sirr olaraq qalmışdı.

Yeni bələdçi isə dağlıq yerlərdə 80-ə yaxın belə mənzərəli yerləri aşkar edib.

Bu yerlərin qorunmasıyla yarım əsr ərzində Mountain Bothies Association - MBA (Dağlıq Daxmalar Assosiasiyası) məşğul olub.

Fotonun müəllifi Geoff Allan/Bothy Bible

Tikililərin əksəriyyəti əvvəllər çobanların istifadə etdiyi bir mərtəbəli daxmalardır. Daha sonra çobanlar tərəfindən tərk edilən evlər yararsız vəziyyətə gəlib.

Bu isə alpinistlər qrupunu və gəzməyi sevənləri narahat edir və nəticədə MBA qurumu yaradılır.

Təşkilat üzvləri bu daxmaların yerləşdiyi torpaqların sahiblərinin icazəsiylə onların müvafiq qaydada saxlanılması işlərinə başlayırlar.

Bu sığınacaqların olması barədə turistlərə məlumatın verilməsi isə məhdud olaraq qalırdı. Onların harada olması barədə yalnız təşəbbüskarlar bilirdilər.

Lakin 5 il əvvəl gizli məkanların həvəskarı olan Jeff Allen ətraflı və dəqiq bələdçinin yaradılmasına qərar verir.

Fotonun müəllifi Geoff Allan/Bothy Bible

"Müqəddəs Şotlandiya daxmaları"nın müəllifi BBC-yə açıqlamasına görə, bələdçinin yaradılmasına çox sadə bir səbəb üzündən çox vaxt sərf olunub.

O, şəkilləri yalnız yaxşı hava şəraitdə çəkdiyini, Şotlaniyada isə belə imkanın kifayət qədər az olduğunu bildirib.

Fotonun müəllifi Geoff Allan/Bothy Bible

Jeff Allen-in 47 yaşı var.

İngiltərənin Suffolk qraflığından olan Jeff tələbəlik illərindən bu yana Edinburgh-da yaşayır.

Məhz Edinburgh universitetində oxuyan zaman alpinistlər klubuna daxil olan Jeff gəzintilər zamanı bu daxmalarda qalıb.

Fotonun müəllifi Geoff Allan/Bothy Bible

"Gənclikdə mən tez-tez hostellərdə qalırdım. Ona görə də, dağlarda pulsuz evlərdə qalmaq ideyası mənim dərhal ruhumu oxşadı.

Düzünü desəm ki, mənim heç vaxt çoxlu pulum olmayıb.

Mən daha rahat yerlərdə gecələməyə üstünlük versəm də, sonda bu cür daxmaları seçmək məcburiyyətində qalırdım", - deyə Jeff bildirib.

Bir zamanlar mühəndis-geodezist işləyən Jeff hazırda zamanın çoxunu incəsənətə və foto çəkilişlərinə həsr edir.

Dağlıq daxmaları öyrənməyə başlayan zaman Jeffin maşını vardı.

Lakin maşın sıradan çıxdığı üçün Jeff öz işini velosiped və ictimai nəqliyyat vasitəsilə davam etdirməyə başlayıb.

MBA nümayəndələri bələdçi Jeff Allen-lə heç bir əlaqələri olmadığını bildirsələr də, onu bir növ fəaliyyətinin səfiri hesab edirlər.

Assosiasiyanın nümayəndələridən biri Neil Stuart 2009-cu ildə təşkilatın internetdə bəzi məlumatlar dərc etdiyini deyib.

Neil-in sözlərinə görə, MBA üzvləri Allen-in kitabında onların həyata keçirdiyi işlər barədə söz açacağından məmnundurlar.

Lakin onların bir şərti var. Bu yerlərə baş çəkmək istəyənlər tikililərə və təbiətə hörmət edərək qayda-qanunlara ciddi riayət etməlidrlər.

Ən böyük dağlıq daxma

Fotonun müəllifi Geoff Allan/Bothy Bible
Fotonun müəllifi Geoff Allan/Bothy Bible

Bu iki şəkildə daxmanın xaricdən və daxildən görüntüsü var.

Bu daxma Aberdeen-dən səyahət edən və 1949-cu ildə səyahət zamanı vəfat edən Dr. Arthur Gilbertson Hutchisonun şərəfinə tikilib.

Bu evcik Derry Cairngorm dağlarının şimal yamacında yerləşir.

Ən əlçatmaz daxma

Fotonun müəllifi Geoff Allan/Bothy Bible
Fotonun müəllifi Geoff Allan/Bothy Bible

Sadə turist üçün bu daxmaya qalxmaq çox çətindir.

Bu ev Carron çayı ətrafındakı ucqar bir ərazidə yerləşir.

1914-cü ilə qədər bu evdə çobanlar yaşayıblar.

Daha sonra tərk edilən bu evə iki onillik ərzində yalnız evsizlər baş çəkib. Yeri gəlmişkən, 1920-30-cu illərdə Böyük Britaniyada işsizlik kütləvi surətdə artdığına görə belə evsizlərin sayı az deyildi.

Şotlandiya daxmaları üzrə bələdçi bu evə getmək üçün iki yol təklif edir. Hər iki yola dörd saatdan çox vaxt sərf olunur.

Ən qəribə daxma

Fotonun müəllifi Geoff Allan/Bothy Bible
Fotonun müəllifi Geoff Allan/Bothy Bible

Bu qəribə ev Şotlandiyanın şimalındakı bataqlıqda yerləşir.

1996-cı ilə qədər burada məşhur britaniyalı keşiş James McRory Smith yaşayıb.

Evdə hər şey 20 il əvvəlki kimi qorunub saxlanılıb.

Bu evin divarlarında Smith-in çəkdiyi şəkilləri də görmək olar.

"Bu evdə qalan zaman bəzən qorxursan, cünki adama elə gəlir ki, evin əvvəlki sahibi hələ də buradadır.

Ev çox uzaqda yerləşdiyinə görə burada çox az adam olur və ev canlı muzeyə oxşayır ", - Allen deyir.

Ən kiçik daxma

Fotonun müəllifi Geoff Allan/Bothy Bible

Bu ev gecələmək üçün deyil, daha çox qısa müddətə dayanmaq üçün yararlı olan bağca komalarına bənzəyir.

Komanın içində, masa, stul və uzun taxta oturacaq (bu oturacaq yatmaq üçün çox ensizdir) var.

Digər tərəfdən əgər qonaqlar burda döşəmədə yatmağa hazırdılarsa, o zaman 3 nəfər burada gecələyə bilər. Bu ev Wester-Ross meşəsində yerləşir.

Əlaqəli mövzular