Balakən rayon icra hakimiyyəti: Xırdalanda ölən qadınlar dəfn edilib

Baş Prokurorluq Fotonun müəllifi Baş Prokurorluq

Balakən rayon icra hakimiyyəti Xırdalan şəhərində ölən 5 qadının 4-nün cəsədinin bugün rayona gətirilib dəfn edildiklərini BBC Azərbaycancaya bildirilib.

Abşeron rayon prokurorluğu isə bildirib ki, hadisə ilə bağlı istintaq hələ davam edir.

Ötən gün Xırdalan şəhərinin 26-məhəlləsində yerləşən mənzildə beş qadın "ilkin ehtimala görə" dəm qazından zəhərlənərək ölüb.


Daha ətraflı oxuyun:


Baş Prokurorluğun bəyanatında bildirilir ki, martın 15-də saat 12 radələrində Xırdalanda bir mənzildə 5 qadın meyitinin aşkar edilməsi ilə bağlı Abşeron rayon prokurorluğuna daxil olmuş məlumat əsasında "prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilmişdir".

Məlumatda deyilir ki, ölən şəxslər "Gəncə şəhər sakini 1992-ci il təvəllüdlü Abbasova Mələk Mübariz qızı, Balakən rayon sakinləri - 1974-cü il təvəllüdlü Musayeva Nübar Fazil qızı, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı və 1993-cü il təvəllüdlü Musazadə Aytən Elçin qızı"dır.

Ölənlərdən Mələk Abbasova və Turanə Xalıyeva Bakı Dövlət İqtisadiyyat Hümanitar Kollecinin ikinci kurs tələbələri olublar, APA xəbər agentliyi deyib.

Məlumatda həmçinin Turanə və Lamiyə Xanlayevaların bacı olduqlarını bildirilir.

Hadisə ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin "314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə" cinayət işi açıldığı bildirilir.

Bu barədə daha geniş