"Ən maraqlı bayram bizim Yuxarı Salahlıda keçir"
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

"Ən maraqlı bayram bizim Yuxarı Salahlıda keçir"

Novruz bayramının ilaxır çərşənbə günündə BBC müxbiri Günel Səfər Qazax rayonunun Yuxarı Salahlı kəndinə baş çəkib.

“Novruz bayramı ən maraqlı bizim bu Yuxarı Salahlıda keçir”, - müxbirimizin həmsöhbətlərindən biri tam əminliklə bölüşür.

Bu arada 4 minədək əhalisi olan kənddə yol boyu tonqallar qalanıb.

Kəndlilər süfrələrin sərildiyini və qonaqlar üçün "qapıların açıq” olduğunu deyirlər.

Yerli uşaqlar isə bayramı papaq atma və yumurta döyüşdürməklə qeyd edirlər.