AİB: Azərbaycanın iqtisadiyyatı 2017-ci ildə 1.1 faiz azalacaq

Asiya Inkişaf Bankı Fotonun müəllifi TED ALJIBE/AFP/Getty Images
Image caption Asiya Inkişaf Bankı

Asıya İnkişaf Bankı (AİB) bəzi pozitiv addımlara rəğmən, neftlə zəngin Azərbaycanın iqtisadiyyatının bu il zəifləyəcəyini deyir və ölkənin, gəlirlərin şaxələndirilməsinə yönəlmiş islahatlar aparmasını görmək istəyir, bankın yerli meneceri Reuters-ə deyib.

Hazırda neft satışları Azərbaycan dövlət gəlirinin 75 faizini və ölkənin ümumi daxili məhsulunun (ÜDM) 45 faizini təşkil edir.

Lakin son dövrdə neftin qiymətinin azalması Azərbaycanın inkişafına, büdcəsinə, xərclərin balansına, manat valyutası və xarici valyuta ehtiyatlarının inkişafına zərbə vurub.

Azərbaycanın ÜDM-i 2016-cı ildə 3.8% azalıb. Bu, 2015-ci ilin 1.1% artımından aşağı olub, lakin bu ilin yanvarı ÜDM bir daha 0.8% artıb. Hökumət bu il, 1% artım gözləyir.

"Bizim əsas yoxlanışımız (2017-ci ilin artımı ilə bağlı) cari tarixə əsasən, 1.1 faiz aşağıdır... və çox güman ki, ÜDM üzrə yoxlanışımız mənfi səviyyədə qalacaq," Nəriman Mannapbekov Reuters-ə müsahibəsində deyib.


Daha ətraflı oxuyun:


O bildirib ki, AİB Azərbaycanın əsas kreditorlarından biridir və "islahatlar əsasında iqtisadiyyatın ixtisaslaşması, yeni iş yerlərinin yaradılması və sosial hədəfli əməkdaşlığın artırlmasını" görmək istəyir.

"Bilirəm ki, hakimiyyət də bu sahə üzrə inkişaf etməkdə maraqlıdır," Mannapbekov söyləyib.

O bildirib ki, AİB bu il Azərbaycan üçün iki krediti nəzərdən keçirə bilər. Bunlardan biri təxmini dəyəri 400 milyon dollar olacaq bir kredit dəmir yollarının inkişafı layihəsinə ayrıla bilər.

AİB ötən dekabrda neft qiymətlərinin aşağı düşməsi ilə yaranan iqtisadi və sosial problemlərin həlli üçün Azərbaycana balanslaşdırılmış dəstək olaraq 500 milyon dollar ayırıb.

Fotonun müəllifi TOBIAS SCHWARZ/AFP/Getty Images
Image caption Neft qiymətinin azalması Azərbaycanın iqtisadiyyatına zərər vurub

"Digərləri ilə yanaşı, bu kreditin də 2016-cı ildə qeydə alınan dövlət büdcəsi defisitinin 0.5 faizə azalmasında kömək olmasından şadıq," Mannapbekov əlavə edib.

O bildirib ki, əgər neftin barelinin qiyməti il ərzində 56-57 dollar qalarsa, hökumət 2017-ci ildə dövlət büdcəsi defisitini 1-2 faizdə saxlamağa bacarar. Çərşənbə axşamı günü brent tipli xam neftin barelinin qiyməti 50.7 dollar olub.

Mannapbekov, hakimiyyətin fiskal konsolidasiya üzrə cəhdlərini yüksək qiymətləndirib. Belə ki, 2017-ci ilin ilk iki ayında vergi və gömrük xərcləri artıb, sabit qeyri-işlək kreditlər nisbəti də daxil olmaqla iqtisadi sektorda təkimlləşmələr qeydə alınıb və qısamüddətli kreditlərin manatla verilməsinə başlanıb.

Image caption Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov EİTİ-ın Azərbaycanın fəaliyyətini dayandırmaqla bağlı qərarını "ədalətsiz" hesab etyyini bildirib.

Mannapbekov, keçən həftə ölkənin Boqota görüşündə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən (EITI) ayrılmasından sonra yaranacaq nəticələrlə bağlı suala, "davamlı konstruktiv münasibətdə olmaq, əlaqələrin kəsilməsindən həmişə yaxşıdır" deyə cavab verib.

Ötən həftə nüfuzlu beynəlxalq koalisiya ölkədə vətəndaş azadlıqları ətrafında yaradılmış məhdudiyyətlərin yaratdığı narahatlıq səbəbindən Azərbaycanın EİTİ-yə üzvlüyünü dayandırıb. Bu qərardan sonra, Azərbaycan təşkilatı tərk edib.

"Azərbaycan AİB-n üzvüdür və əməkdaşlığımıza əsaslanaraq biz, dövlətin müvafiq istəklərində yardım etməyə hazırıq," Mannapbekov deyib.

Bu barədə daha geniş