Əfv sərəncamı: "Siyasi məhbuslar" azad edilib

Ilham Əliyev Fotonun müəllifi STEPHANE DE SAKUTIN/AFP/Getty Images

Cümə axşamı günü prezident İlham Əliyev Novruz bayramı ərəfəsində növbəti əfv sərəncamını imzalayaraq, beynəlxalq və yerli insan haqları təşkilatlarının "siyasi məhbus" adlandırdıqları şəxslərin bəzilərini azadlığa buraxıb.

Onların sırasında 2014-cü ildə həbs edilmiş və Amnesty İnternational tərəfindən vicdan məhbusu elan edilmiş Əbdül Əbilov və AXCP fəalı Elvin Abdullayev də var.

Azad edilənlərin siyahısına həmçinin Azadlıq qəzetinin keçmiş baş redaktoru Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zayidov və Meydan TV-nin təsisatçısı Emin Millinin şərti azadlığa buraxılmış qaynı Nazim Ağabəyov də daxildir.

İsmayıllı hadisələri ilə bağlı həbs edilən Cəfər Cəfərov və Səxavət Səmədov da əfv fərmanı ilə azad ediliblər.

Əlaqəli mövzular

Bu barədə daha geniş