Hökumət ÜDM-ni hər il niyə səhv hesablayır?

Artur Rasızadə Fotonun müəllifi OSMAN KARIMOV/AFP/Getty Images
Image caption Baş nazir hökumətin ÜDM proqnozlarını səhv olduğunu etiraf edib

Bu gün baş nazir Artur Rasızadə Milli Məclisə hökumətin illik hesabatını təqdim edərkən hökumətin ÜDM (Ümumi Daxili Məhsul) istehsalının artımına dair proqnozlarının səhv olduğunu etiraf edib. Lakin proqnozların qeyri-dəqiqliyinə münasibətlər fərqli olub.

Bu il hökumət 1.8 faiz artım proqnozlaşdırsada, ÜDM 3.8 faiz enib. Ötən ilki proqnozunda da hökumət 4.4 faiz artım əvəzinə yalnız 1.1 faiz artım əldə edə bilib.

Bu barədə BBC Azərbaycancaya danışan iqtisadçı İlham Şaban proqnozların səhv çıxmasına səbəbin hökumətin "öz hədəflərinə çatmadığının" olduğu deyib.

Lakin iqtisadçı həmçinin vurğulayıb ki, hökumətin "pis və ya yaxşı təcrübəsi var" və bu səbəbdən hökumətdən "öhdəsinə düşən vəzifələri yerinə yetirməsini tələb etmək lazımdır."

İllik hesabatın mənalı müzakirəsinə etimadı olmadığını bildirən iqtisadçı deyib ki, "ÜDM 20 faiz aşağı düşsədə milli məclis hökumətin fəaliyyətinin qənaətbəxş olduğunu deyəcək".


Həmçinin oxuyun:


YAP İcra Katibliyinin şöbə müdiri, millət vəkili Aydın Mirzəzadə hökumət proqnozunun sadəcə "proqnoz" olduğunu və bu səbəbdən səhv olmasının təəccüblü olmadığını və rəqəmlərin "kəskin dərəcədə fərqlənmədiklərini" deyib.

Siyasətçi həmçinin proqnozlara "Azərbaycandan asılı olmayan" faktorların təsiri olduğunu bildirib.

Lakin o, 2017-ci ildə ÜDM artımı üçün "kifayət gədər imkanlar" olduğunu deyərək "regionaların inkişafı" və tikinti sektorunun "dirçəlməyə başladığını" bildirib.

"Ötən illə müqayisədə canlanma olacaq", cənab Mirzəzadə vurğulayıb.

Bu barədə daha geniş