Dekabrda Xəzərdə itkin düşən "neftçinin cəsədi tapılıb"

Güloğlan Zülfüqarov
Image caption Güloğlan Zülfüqarov

Bazar ertəsi Xəzərdən tapılan kişi meyiti ötən ilin dekabrında SOCAR-a məxsus olan neft yığım məntəqəsində estakadanın aşması nəticəsində itkin düşmüş neftçilərdən biridir.

Bu barədə məlumatı BBC Azərbaycancaya neftçinin ailə üzvləri verib.

Onların sözlərinə görə bu neftçi Güloğlan Zülfüqarovdur.

Məsələ ilə bağlı SOCAR və ya Azneft İstehsalat birliyindən təsdiq və ya inkar almaq mümkün olmayıb.

Axtarış - Xilasetmə Qərargahının bazar ertəsi yaydığı məlumatda bildirirlib ki, həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində dənizdə naməlum kişi meyiti aşkarlanıb.

Məlumatda deyilib ki, tapılan meyitin "Azneft" İstehsalat Birliyinin Nəriman Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub olmaması müəyyənləşdirilir, APA yazır.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Zülfüqarovlar qardaşlarının BBC Azərbaycancaya dekabr ayında verdiyi müsahibə

Güloğlan Zülfüqarovun oğlu BBC Azərbaycancaya deyib ki, atalarının nəşi onlara cümə axşamı veriləcək. Ailə hazırda dəfn üçün hazırlıq gördüyünü də qeyd edib.

Güloğlan Zülfüqarovun 8 övladı var. Həmin gün onun qardaşı Azay Zülfüqarov da qəzadə itkin düşüb.

2015-ci ilin dekabrında Azərbaycan Dövlət Neft Şirkətinin "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verib.

Həmin zaman özüldə 63 nəfərin olduğu bildirilib.

Bu günədək 33 nəfər xilas edilib, 12 nəfərin cəsədi tapılıb, 18 nəfər isə itkin hesab olunur.

Bu barədə daha geniş