GUAM: azad ticarət zonası yaradılır

GUAM sammiti -KİYEV Fotonun müəllifi http://www.kmu.gov.ua/

Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova arasında bu ildən azad ticarət zonasından yaradıla bilər.

Ticarətin artırılmasına səbəb ola biləcək bu yenilik bazar ertəsi Kiyevdə Demokratiya və iqtisadi inkişaf uğrunda GUAM təşkilatı ölkələrinin baş nazirlərinin görüşündə imzalanmış protokollardan sonra gəlir.

Ukraynanın baş naziri Vladimir Groisman bu görüşü "mühüm" və təşkilat tarixində "yeni səhifə" adlandırıb.

"Biz GUAM çərçivəsində azad ticarət zonasının tətbiqini sürətləndiririk, nəqliyyat logistika üçün hansı imkanların olduğunu təhlil edirik", Ukrayna hökümətinin saytında bildirilib.

Baş nazirlər sammit çərçivəsində iki sənəd - azad ticarət zonası yaradılması üzrə Müqavilə tərəflərin hərəkətlərini əlaqələndirən işçi orqanının yaradılması və fəaliyyət qaydasının təsdiq edilməsi barədə protokol və GUAM üzvlərinin gömrük administrasiyaları arasında protokol imzalayıblar.

Ukrayna səfiri: Dəstəyə görə Azərbaycana minnətdarıq

Gömrük sənədinin administrasiyaların əməkdaşlığı və öz yüklərinin nəqlində maraqlı olan üçüncü ölkələrin region üzrə birləşməsi məqsədilə nəqliyyat imkanlarının canlanmasına, qarşılıqlı ticarətin inkişafına yardım edəcəyi güman edilir.

GUAM regional təşkilatı 1997-ci ildə üzv ölkələr tərəfindən yaradılıb.

Bu barədə daha geniş