Azərbaycan: cinsi ayrı-seçkilik abortlar "əsas problemdir"

Karl Kulessa Fotonun müəllifi UNFPA

Azərbaycanda qadınların 24 faizi həyatları boyunca ən azı bir dəfə məişət zorakılığının hər hansı forması ilə üzləşiblər, BMT-nin Əhali Fondunun ölkə direktoru cənab Karl Kulessa BBC Azərbaycancaya müsahibəsində deyib.

Onunla Azərbaycanda məişət zorakılığı, qadın-kişi münasibətləri, cinsə görə abortlar, erkən nikahlar barədə müxbirimiz Xanım Cavadova söhbətləşib.

Azərbaycanda məişət zorakılığının hazırki vəziyyəti necədir?

Məişət zorakılığı qlobal problemdir və dünyada qadınların hardasa 20-30 faizinin münasibətlərdə məişət zorakılığının bəzi formaları ilə üzləşdiyini güman edirik.

Azərbaycanın göstəriciləri də bu rəqəmlərə yaxındır. Azərbaycanda qadınların 24 faizi həyatları boyunca ən azı bir dəfə məişət zorakılığının hər hansı forması ilə üzləşiblər. Düşünürəm ki, bu normal göstəricidir, nə pis, nə də yaxşıdır.

Cinsə görə abortlar, məişət zorakılığı və erkən nikah - hansı problem Azərbaycanda ən çox yayılıb və niyə?

Erkən nigahlar dünyada qeyri-adi hadisə deyil. Düşünürəm ki, əsas problem cinsi ayrı-seçkilik yolu ilə abortların edilməsidir. Ən son rəqəmlərə görə Azərbaycanda yeni doğulanların cinsi nisbəti 114 oğlan : 100 qızdır.

Qlobal norma isə 103(105) oğlan: 100 qızdır və bu normaldır, çünki adətən oğlanlar 5 yaşınadək müəyyən dövrdə təbii olaraq vəfat edirlər.

114 kimi göstərici olanda artıq bilinir ki, valideynlər övladlarının cinsini bilərəkdən seçməyə cəhd edir. Düşünürəm ki, 114 hələ yaxşı rəqəmdir, vaxtilə bu rəqəm 118 idi və bu, dünyada malik olduğumuz ən pis göstəricilərdən biri idi.

Yaxşı hadisə budur ki, hökümət problemin olduğunu anlayıb və əvvəllər problemin varlığını qəbul etmirdi və müvəffəq təhlil edilmirdi. Amma son 5-7 ildə statistika yaxşı anlaşılıb və hökümət icmaları bunun qəbuledilməz olmasına dair məlumatlandırmağa başlayıb.

Cinsə görə abortlar Azərbaycanda qadağan deyil. Hətta 2011-ci ildə bu sahədə qanunvericilik layihəsi də hazırlanırdı. BMT Əhali Fondunun buna dair mövqeyi nədir? Problemin həlli üçün hansı əməli addımlar atılmalıdır?

Abortların ləğv edilməsi çox həssas məsələdir. Düşünürəm ki, hələ də abortun yaxşı hal olduğunu düşünən insanlar var. Amma qəbul etməliyik ki, mövcud mədəni normalar, iqtisadi şərait dən asılır olaraq cütlüklər və ya qadınlar abort etmək qərarı verə bilər. Əgər abortlar qeyri-leqal sayılsa o zaman onlar təhlükəli yollara əl atacaq. Bu halda da qadınların ölüm sayı artacaq. Abortların yaxşı və ya pis olması barədə müzakirələr gedə bilər, amma bu qadınların sağlamlığına riskləri artırır.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Azərbaycanda qadınların haqları təmin olunurmu? – Bakı sakinləri danışır

Əgər abortların baş verilməməsi istənilirsə, o zaman qoruyucular hamıya- ailəli və ailəsizlərə, gənclərə əlçatan olmalıdır. Əgər bir ailənin 3 uşağı varsa və daha uşaq istəmirsə, o zaman onların qoruyuculara əlçatımlılığı olmalıdır.

Düşünürəm ki, bu, ən yaxşı təcrübələrdən biridir. Həmçinin risklər barədə gəncləri yaxşı maarifləndirmək də lazımdır, bu onlara məsuliyyətli davranış aşılaya bilər. Bəlkə onlar riskləri anladıqdan sonra, böyüyənədək həyatların erkən zamanlarında cinsi münasibət yaşamamağı seçəcəklər?

Amma məktəblərdə müəllimlərin əksəriyyəti hələ də qoruyucular, təhlükəsiz cinsi həyat və abortlar barədə danışmaqdan utanırlar.

Məsuliyyətli davranış barədə proqram hazırlayırsansa, həmin proqramın aid olduğu adət-ənənələri anlamalısan.

Ola bilər ki, müəllimlər sinifdə bu məsələni öyrətmək üçün yaxşı seçim deyil, başqa ölkələrdə yalnız bəzi müəllimlərə təlim keçirlər və onlar məsləhətçi rolunu oynayır. Və beləliklə, gənc qız və ya oğlan məsləhət istəyəndə, kimin yanına gedəcəyini bilir.

Bu sinif olmaya da bilər. Bunu məktəbdə edə bilmirsənsə, gənclər klublarında etmək olar. Məsələn, Gürcüstanda kişilərin məsuliyyətli davranışlarını öyrədən qurumlar var. Onlar məsuliyyətli davranış barədə mühazirələr təşkil edirlər. Bunu da etmək olar, radio, gənclər mərkəzləri, idman və əlbəttə ki, məktəbləri də istifadə edə bilərsən.

Bu məsələlər barədə Azərbaycan höküməti ilə danışmısınızmı və onların cavabı nə olub?

Biz bunu edirik, məsələn, bizim "Youth Peer" adlı proqramımız var - gənclər icmalara gedərək yaşıdlarını məlumatlandırırlar.

Hökümət cinsi tərbiyə barədə proqramlara açıq yanaşır, amma belə mədəni proqramlar asan həyata keçirilmir, lakin dialoq aparmaq lazımdır.

Məsələn, cütlük oğlan uşağı istəyir və bunun üçün uşaq olanadək çalışır. Qız olduğunu biləndə abort etdirir. Bu elə məsələdir ki, hökümət burada problemin olduğunu bilir, amma insanların qərar verdiyi ənənələr kontekstinə də hörmət də etməlidir. Buna görə biz indi bu problemin həlli üçün icmalara və institutlara yardım məqsədli milli fəaliyyət planının qaydaları üzərində işləyirik.

Bizə danışan QHT-lər deyirlər ki, əvvəllər əsas şikayətlər alimentlərin verilməməsi idi, indi isə zorakılıq barədə daha çox məlumatlar gəlir? Düşünürsünüzmü ki, problem həll edilmir?

Təəssüf ki, problem həmişə var. İnsanlar birgə yaşayırsa gərginlik hər zaman baş verə bilər, xüsusilə əgər kişilərə başqalarına hörmət etmək kimi davranış qaydaları öyrədilməyibsə, o zorakılığa şirnikləndirilə və ya özü edə bilər.

Amma indi zorakılıq barədə çox məlumat verilirsə, bu ola bilər ki, cəmiyyət müzakirələrə daha açıq olmağa başlayır. Bu yaxşı göstəricidir. Həm də o deməkdir ki, institutlar- polis, səhiyyə daha çox məlumatlıdır və qadınlar bu barədə danışmağa daha çox həvəslidirlər.

Zorakılıq insanlıq mövcud olduqdan bəri var və bu problemin həlli üçün hökümət, polis, tibb işçiləri, nənələr, qaynanalar, atalar, hamı yox deməlidir, bu qəbuledilməzdir.

Siz həm də BMT Əhali Fondunun Türkiyə üzrə nümayəndəsisiniz və Gürcüstan və Azərbaycan üzrə ölkə direktorusunuz. Azərbaycanda və Türkiyədə qadınlara münasibət baxımından hansı fərqləri müşahidə etmisiniz?

Bütün ölkələr qadınların səlahiyyətləndirilməsini dəstəkləyir və cinsi bərabərliyə açıqdırlar.

Türkiyədə hökümət zorakılıqdan çox narahatdırlar. Amma bəzən hiss edirəm ki, hökümətin bəzən qadınları qorumaq davranışı var, nəinki hüquqlara əsaslanan davranışı. Buna baxmaraq, orada Sabançı kimi iri biznesləri idarə edən qadınlar var.

Azərbaycanda isə düşüncə belədir ki, qadınların iqtisadi səlahiyyətləndirilməsi olmadan cinsi zorakılıq məsələsi həll olan deyil. Azərbaycanda qadınlar işçi qüvvəsidir, amma Türkiyədə elə yerlər var ki, qadınlar üçün işlər mövcud deyil. Əlbəttə ki, problemlər var amma ki, dialoq davam etməlidir.

Bu barədə daha geniş