Qiyasəddin İbrahimovun "görmə qabiliyyəti zəifləyib"

Qiyasəddin İbrahimov Fotonun müəllifi RAMİN DEKO

"Heykəl məhbuslarından" biri olan və 10 il müdətinə azadlıqdan məhrum edilmiş Qiyasəddin İbrahimovun görmə qabiliyyəti zəifləyib, anası deyir.

Onun sözlərinə görə, Qiyasəddin həkim müayinəsilə bağlı təcridxana işçilərinə 2 dəfə müraciət etsə də, bir nəticə olmayıb.

"2 aya yaxındır ki, gözündə zəifləmə gedir. Kitab çox oxuyur, ona görə ola bilər", Şura Əmiraslanova deyir.

Şura Əmiraslanova təcridxana həkimlə təmin etməyəcəyi halda özü həkim aparmağı da təklif edir.

Qiyasəddin İbrahimovun vəkili Elçin Sadıqov cümə axşamı onunla görüşəcəyini bildirib. O, cənab İbrahimovun həkim müayinəsi ilə təmin edilməsinə dair Penitensiar Xidmətin rəhbərliyinə müraciət ediləcəyini də deyir.

Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov BBC Azərbaycancaya bildirib ki, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrindəki tibbi məsələlər quruma aid deyil. Onun sözlərinə görə, bu məsələlər Baş Tibb İdarəsinin salahiyyətinə aiddir.

"Ora müraciət etsinlər. Səhhətində problem varsa, dərhal reaksiya veriləcək", o deyib.

Baş Tibb İdarəsindən şərh almaq mümkün olmayıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş