Bağdadda partlayış: 15 nəfər həlak olub

Irak haritası

İraqın paytaxtı Bağdadda polis nəzarət məntəqəsinə içində bomba olan yük maşını ilə hücum nəticəsində 15 nəfər həlak olub.

Partlayışda 40-dan çox insan yaralanıb.

Partlayışa görə məsuliyyəti kimsə öz üzərinə götürməyib.

Bağdad bazarında iki bomba partlayıb

Son aylarda özünü İslam Dövləti (İD) adlandıran qurplaşma şəhərdə buna bənzər hücumlar həyata keçirib.

İD öz hücumları xüsusilə Mosulu azad etmək istiqamətində ötən ilin noyabr ayında başlanan əməliyyatlardan sonra artırmışdı.

İraq ordusuna bu əməliyyatlarda ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri də dəstək verir.

Bu barədə daha geniş