Öpüşməyə bir təpik, Avropaya vizasız, qalmaqallı referendum... - həftə 5 fotoda

Keçdiyimiz həftə baş vermiş mühüm hadisələr 5 fotonun diliylə.

Fotonun müəllifi VANO SHLAMOV/ Getty

1. Avropa İttifaqının demokratik islahatlar həyata keçirmiş Gürcüstanla vizasız səyahət barədə anlaşması martın 28-dən qüvvəyə minib.

Artıq biometrik pasportu olan Gürcüstan vətəndaşları biznes, turizm və ailə səyahətləri də daxil olmaqla 90 gün ərzində şengen zonasında qala bilərlər.

Fotonun müəllifi DANIEL LEAL-OLIVAS/ Getty

2. Jurnalist Xaqani Səfəroğlunun metroda öpüşməyə çalışan iki gəncə qışqıraraq "bir təpik vurması" barədə yazdığı Facebook statusu, sosial mediada geniş müzakirələrə səbəb olub.

Jurnalistin dediyinə görə övladları ilə metroda gedərkən iki gəncin bir biri ilə öpüşmək istəməsi onun qəzəbinə səbəb olub və o qışqıraraq gəncləri bu hərəkətdən yayındırıb.

Fotonun müəllifi PA

3. Böyük Britaniya 44 ildən sonra rəsmən Avropa İttifaqını tərk etmək istiqamətində yola başlayıb.

Baş nazir Theresa May Britaniyanın Aİ-dən gedişini rəsmi surətdə başladacaq məktubu imzalayıb.

Fotonun müəllifi Reuters

4. Rusiya müxalifət lideri Aleksey Navalnıya bazar günü keçirilmiş etiraz aksiyasında polis işçisinin qanuni tələbinə qəsdən tabe olmadığı üçün məhkəmə tərəfindən 15 sutka həbs cəzası verilib.

Məhkəmə çıxışında cənab Navalnı baş nazir Dmitri Medvedevin məhkəməyə çağırılmalı olduğunu deyib.

Fotonun müəllifi EPA

5. Altı Avropa ölkəsində yaşayan Türkiyə vətəndaşları beynəlxalq qalmaqala səbəb olan referendumda səsverməyə başlayıblar.

Seçicilər Türkiyənin parlamentar dövlətdən prezident Recep Tayyip Erdoğanın səlahiyyətlərini artıran prezidentlik sisteminə keçid barədə qərar verirlər.

Əlaqəli mövzular