Bakı: Transxəzər nəqliyyat layihəsinin tədbirlər planı imzalanıb

İmzalanma mərasimi Fotonun müəllifi APA

Bakıda keçirilən yığıncaqda Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun (BTNM) inkişafı ilə əlaqədar tədbirlər planı imzalanıb, mətbuat bildirir.

Yığıncaqda layihənin potensialından tam istifadə edilməsi üçün zəruri işlər, marşruta yeni yüklərin cəlb edilməsi və tarif imkanları müzakirə olunub.

APA agentliyinə əsasən tədbirdə o cümlədən BTNM Assosiasiyanın Hüquqi şəxslər birliyinin nizamnaməsi və idarə heyətinin yeni tərkibi təsdiq edilib.

Çində başlayan BTNM Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Ukrayna üzərindən Avropaya doğru uzanır.

Bu marşrut okean yolundan daha qısadır və onun istifadəçilərinə vahid keçid tarifi tətbiq olunur. BTNM layihəsinin baş ofisi Astanada yerləşir.

Neft qiymətlərinin aşağı düşməsindən sonra Azərbaycan büdcəyə valyuta gətirən sahələrin inkişafına daha aktiv maraq göstərir.

Hökumət bu səpkidə həmçinin turizm və kənd təsərrüfatına vurğu edir.

Əlaqəli mövzular

Bu barədə daha geniş