Azərbaycan-Qazaxıstan əməkdaşlıq sənədləri imzalanıb

Prezident İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin geniş tərkibdə görüşü keçirilib. Fotonun müəllifi Prezident.az

Bazar ertəsi Qazaxıstan prezidenti Nursultan Nazarbayev ilə azərbaycanlı həmkarı İlham Əliyev təkbətək və geniş tərkibdə görüşlərdən sonra bəzi sənədlər imzalayıblar.

Bu əməkdaşlıq sənədlərinə logistika və dəmir yolu nəqliyyat maşınqayırması, ikiqat vergitutma, beynəlxalq avtomobil əlaqələri, xarici işlər nazirlikləri arasında əlaqələr və bitki karantini və mühafizəsi sahələri aiddir.

Bundan başqa, prezidentlər Birgə Bəyannamə də imzalayıblar.

Cənab Nazarbayev Bakıya bazar günü rəsmi səfərə gəlib.

Prezidentlərin görüşü zamanı cənab Nazarbayev rəsmi səfər dəvətinə görə təşəkkürünü bildirib.

"Elə indi - dünyada böyük dəyişikliklərin, iqtisadi-siyasi cəhətdən böhranın baş verdiyi zamanda bizim ixrac-birja məhsullarımız çöküb. Bu, bir tərəfdən, pisdir, digər tərəfdən, məlum olduğu kimi, problemdə imkanları da görmək lazımdır. Biz də bu imkanları onda görürük ki, iqtisadiyyatı şaxələndirməliyik, yeni istehsal sahələri yaratmalıyıq, yeni işlər görməliyik, buna isə elmi və innovasiyaları cəlb etməliyik", prezidentin saytı yazır.

Fotonun müəllifi APA

Onu hava limanında baş nazirin birinci müavini Yaqub Eyyubov və xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmilər qarşılayıb.

Bu gün isə rəsmi qarşılanma mərasimi keçirilib.

Bu barədə daha geniş