Sankt-Peterburqda partlayış: bir azərbaycanlı həlak olub, biri yaralıdır

Sankt-Peterburqda metroda törədilən partlayış Fotonun müəllifi AFP

Sankt-Peterburqda metroda törədilən partlayış nəticəsində bir azərbaycanlı ölüb, Azərbaycanın Sankt-Peterburqdakı konsulluğundan BBC Azərbaycancaya bildirilib.

Baş konsul Soltan Qasımov bildirib ki, həlak olan bir gənc xanım, təxminən 20 yaşlarında olan, Rusiyada doğulmuş və Rusiya vətəndaşı olan Dilbər Əliyevadır.

O, partlayışdan sonra yerləşdirildiyi xəstəxanada vəfat edib.

Cənab Qasımov digər yaralanmış azərbaycanlının hazırda xəstəxanada olduğunu deyib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 1989-cu il təvəllüdlü Zaur Vəliyev Müşviq oğlu İ.İ. Canelidze adına Elmi Tədqiqat İnstitutunda yerləşdirilib.

Bazar ertəsi günorta saatlarında Sankt-Peterburq şəhərində iki metro stansiyası arasında baş vermiş partlayışda azı 45 nəfərin xəsarət aldığı bildirilir.

Hadisə zamanı 10 nəfərin həlak olduğu xəbər verilib. Daha sonra ölüm sayı 11-ə qalxıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş