Tovuz sakini: "Su tapa bilmirik, susuz qırılırıq"
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Tovuz sakini: "Su tapa bilmirik, susuz qırılırıq"

Tovuz rayonu Qovlar şəhərinin bir qrup sakini illərdir içməli su problemindən əziyyət çəkir.

Onlar məişətdə istifadə etdikləri suyu pulla alırlar.

Şəhər sakini Mais Hüseynov isə "susuzluğun dərdindən" əkinçiliklə də məşğul ola bilmədiyini deyir.

Sakinlər dəfələrlə şikayət ərizələri yazsalar da, bir nəticəsi olmayıb.

Azərsu Açıq Səhmdar Cəmiyyəti isə problemin varlığını danmır.

Qurum sözçüsü Anar Cəbrayıllının sözlərinə görə, Qovların bir hissəsi qurumun mərkəzləşdirilmiş şəbəkəsindən su alsa da, buradakı yeni massiv və bəzi küçələrdə su yoxdur.

O deyir ki, Qovlarla bağlı gələcəkdə işlər nəzərdə tutulub. Lakin cənab Cəbrayıllı onu da qeyd edir ki,bu işlərin bu il olacağı mümkünsüzdür.

Müxbirimiz Günel Səfərin Tovuz rayonundan reportajı.

Əlaqəli mövzular