Qazaxın məcburi köçkünləri necə yaşayır?
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Qazaxın məcburi köçkünləri necə yaşayır?

Ermənistan və Gürcüstanla sərhəd olan qərb rayonu Qazaxın 7 kəndi Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən işğal olunub.

Hazırda məcburi köçkünlər müvəqqəti olaraq ictimai binalarda, təhsil müəssisələrində və uşaq bağçalarında, yataqxanalarda, tikintisi yarımçıq qalmış binalarda, kəndlərdə və digər obyektlərdə məskunlaşıblar.

Son illərdə bir neçə ailə Qazaxbəyli kəndində dövlət hesabına tikilmiş evlərə köçürülüb.

Amma bəzi məcburi köçkünlər hələ də ev arzusundadır.

Günel Səfərin reportajı.