İlham Əliyev: "2017-ci il də ölkəmiz üçün uğurlu il olacaqdır"

iclas Fotonun müəllifi president.az

Bazar ertəsi günü prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafına dair iclası keçirilib.

Prezident İlham Əliyev, ilin ilk rübünün nəticələri barədə çıxşında deyib ki, "Azərbaycan bütün sahələrdə çox sürətlə inkişaf edib, bizim beynəlxalq mövqelərimiz möhkəmlənib, ölkə daxilində proseslər müsbət istiqamətdə gedir, iqtisadi inkişaf təmin edilir, bütün sosial məsələlər öz həllini tapır."

Prezident bu 2017-ci ilin ilk 3 ayı ərzində xarici ölkələrə 7 dəfə səfər etdiyini və Azərbaycana 7 dövlət başçısınını səfər etdiyini bildirib. Prezident həmçinin 40-dan çox fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçısının V Qlobal Forumunda iştirak etməsini və ABŞ və Rusiya silahlı qüvvələrinin qərargah rəislərinin Bakıda görüşünün Azərbaycanını dünyadakı rolunun göstəricisi olduğunu deyib, Azərtac xəbər verir.

İqtisadiyyat, iş yerləri və turizm

İclasda prezident Əliyev 2017-in ilk 3 ayı ərzində qeyri-neft sektorunun 2,4 faiz artıdğını bildirib. Prezident həmçinin kənd təsərrüfatının 3,5 faiz artdığını və bitkiçiliyin 20 faizdən çox artdığını deyib.

Prezident həmçinin vurğulayıb ki, "baxmayaraq ki, neftin qiyməti kəskin səviyyədə aşağı düşüb", Azərbaycan bu il valyuta ehtiyatlarını nəinki qoruya bilib, hətta birinci üç ayda "əlavə 1 milyard dollar" qazanıb.

Prezident Azərbaycanın valyuta ehtiyatlarının 38.5 milyard dollara çatmasını "böyük rəqəm" adlandıraraq valyuta ehtiyatlarını qorunmasını "məsuliyyətli" və "xalqın maraqlarını hər şeydən üstün tutan seçim" kimi qiymətləndirib.

Prezident Əliyev çıxışında birinci rübdə 85 min yeni iş yerinin yaradıldığını və bu iş yerlərinin 40 mindən çoxunun özəl sektorda yaradıldığını bildirib.

İclasda bu ilin birinci rübündə ölkəyə səfər edən turistlərin sayında 25 faiz artımın olduğu qeyd edilib. İlin ilk 3 ay ərzində AZAN viza sistemi ilə 40 min viza verildiyi bildirilib.

Yeni tikintilər və Bakı

Prezident bu ilin ilk rübündə 3 modul tipli 3 məktəbin tikildiyini, 13 tibb müəssisəsinin tikilib və ya əsaslı təmir edildiyini və hazırda Bakıda 300-dən çox yeni hündürmərtəbəli binaların tikildiyini deyib.

Bakıda minlərlə iş yerlərinin yarandığını vurğulayan prezident paytaxtın müxtəlif yerlərində müddəti keçmiş, yararsız vəziyyətdə olan binaların söküldüyünü və bu binalarda yaşayan vətəndaşlara kompensasiya və ya kirayə pulunun verildiyini deyib.

Gələcəyin hədəfləri

"Bu il istədiyimiz nəticələrə, bütün hədəflərə" Azərbaycanın çatacağında israr edən prezident, sənaye istehsalı və kənd təsərrüfatı sahələrini Azərbaycan üçün prioritet adlandırıb.

Rayonlarda sənaye zonalarının yaradıldığını deyən prezident kənd təsərrüfatının inkişafına bu il 150 min hektar yeni torpağın suvarılmasının və yeni zavodların istifadəyə verilməsi nəzərdə tutulduğunu deyib.

Prezident həmçinin bölgələrdə məşğulluğun artırılmasının daim diqqətdə saxlanılmasının vacibliyini vurğulayaraq sahibkarlığın inkişafına yönələn güzəştli kreditlərin verilməsi prosesinin davam edəcəyini bildirib.

Bu barədə daha geniş