Pew: Azərbaycan dini etiqadlara "çox yüksək məhdudiyyət qoyan" ölkələr arasındadır

Nardaran Fotonun müəllifi Əziz Kərimov

Azərbaycan dini etiqadların məhdudlaşdırılmasına görə "çox yüksək məhdudiyyətli" ölkələr arasındadır, ABŞ-da mənzillənən Pew Araşdırma Mərkəzinin 2015-ci il üçün "Din Üzərində Qlobal Məhdudiyyətlər" adlı hesabatında bildirib.

Hökumətin Məhdudiyyətləri İndeksində 23 ölkə arasında 16-cı yerdə duran Azərbaycan, İran, Rusiya, Türkiyə kimi qonşuları ilə eyni siyahını paylaşır.

Başqa bir indeksə (Sosial Ədavət İndeksi) görə isə Azərbaycan "orta" riskli ölkələr arasındadır.

Ümumilikdə Mərkəz 198 ölkə üzrə məlumatları tədqiq edib.

Dünya miqyasında dini qrupların hökumət mənbəli şiddət və ya məhdudiyyətlərə ən çox məruz qaldığı region Yaxın Şərq - Şimali Afrika olub. Bu regiondakı ölkələrin 95 faiizndə bu cür hallar qeydə alınıb.

Avropa 89 faizlə ikincidir. Pew bunu Avropaya miqrant artımı ilə əlaqələndirib və bildirib ki, Avropanın 45 ölkəsindən 33-də yəhudiləri, 32-də müsəlmanları, 21-də isə xristianları hədəf alan ictimai hadisələr baş verib.

Əlaqəli mövzular

Bu barədə daha geniş