"Bu məscidi sökənin..." və digər hadisələr: Həftə 5 fotoda

Keçdiyimiz həftə baş vermiş mühüm hadisələr 5 fotonun diliylə.

1. Çərşənbə günü dindarlar Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad Məscidinin sökülməsinə etiraz ediblər.

Hadisə yerində toplaşan dindarların bəziləri binadan çıxmayıblar. "Ağa, bu məscidi sökənin evini yıx!" dindarlardan bəziləri yükəsk səslə etiraz edib.

Prezident İlham Əliyev Hacı Cavad məscidinin sökülməsinin dayandırılmasına göstəriş verib.

Fotonun müəllifi NOORULLAH SHIRZADA/ Getty

2. ABŞ-ın Əfqanıstanda özünü İslam Dövləti adlandıran qruplaşmanın yaraqlıları tərəfindən istifadə olunan tunel kompleksinə endirdiyi hava zərbəsində onlarla döyüşçünün öldüyü bildirilir.

Bu, ABŞ tərəfindən münaqişələr zamanı atılan ən böyük qeyri-nüvə bombasıdır.

Fotonun müəllifi JONATHAN NACKSTRAND/ Getty

3. İsveçin paytaxtı Stokholmda keçən həfət baş vermiş yük maşını hücumunda 4 nəfər həlak olub, bir neçə nəfər xəsarət alıb.

Hücumda şübhəli, Özbəkistan vətəndaşı Rahmat Oqilov, "terror cinayətinə" məsuliyyəti qəbul edib, onun vəkili deyib.

Fotonun müəllifi OLIVIER MORIN/ Getty

4. Avropa İnsan Haqları Məhkəməsi üç hökmdə Azərbaycan hökumətini, 22 şikayətçinin azad seçki hüququnu pozmaqda və 2005-ci ildə qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun işi ilə bağlı təhqiqat işlərini "adekvat və təsirli" şəkildə aparmamaqda günahlandırıb.

İsa Qəmbər, Tofiq Yaqublu və Bəxtiyar Hacıyev daxil olmaqla "azad seçki" hüququnun hökumət tərəfindən pozulduğu deyilən şikayətçilərə 10 min avro məbləğində kompensasiya tələb edilib.

Fotonun müəllifi Getty Images

5. ABŞ-da bir sərnişinin zorla təyyarədən endirilməsi görüntüləri sosial şəbəkələrdə böyük narazılıqlara səbəb olub. Sərnişinlərdən biri təyyarəni tərk etmək istəmədiyinə görə, onu yerlə sürüyərək çıxarıblar.

Daha sonra aviaşirkətinin başçısı Oskar Munoz sərnişinin təyyarədən zorla çıxarılması hadisəsinə görə üzr istəyib.

Əlaqəli mövzular