Azərbaycana 3 ayda 400 min turist gəlib

İçərişəhər Fotonun müəllifi JOHANNES EISELE

Azərbaycana 2017-ci ilin ilk üç ayında 400 min turist gəlib, Dövlət Miqrasiya Xidməti bildirir.

DMX turislərin sayının artmasını turizm sektorunun inkişafı ilə bağlı görülən işlər, ASAN viza sisteminin tətbiqi və sabitliklə əlaqələndirib, APA yazır.

Bundan əvvəl mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bu rəqəmi ötən illə müqayisə edərək Azərbaycana gələn turistlərin sayının 24,9 faiz artdığını bildirib.

Ötən gün BBC Azərbaycancanın Facebook-dakı canlı yayımının qonağı, turizm eksperti Cavid Qara turizmin inkişafı üçün addımlar atıldığını, amma bunların "harmoniya" daşımadığını qeyd edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş