Azərbaycan silahlı qüvvələri genişmiqyaslı təlimlər keçirir

təlimlər Fotonun müəllifi Azərbaycan Müdafiə Nazirliyi

Bu gün Azərbaycan silahlı qüvvələri prezident İlham Əliyevin təsdiq etdiyi plana əsasən döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə genişmiqyaslı təlimlərə başlayıb, Azərbaycan müdafiə nazirliyi bəyan edib.

Məlumatda deyilir ki, "təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub".

Bəyanatda bildirilir ki, təlimlərin məqsədi qoşunların "döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili" və "onların qarşılıqlı fəaliyyətinin" yoxlanılmasıdır.

Təlimlər aprelin 21-dək davam edəcək.

Fotonun müəllifi Azərbaycan Müdafiə Nazirliyi

Bu barədə daha geniş